Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İdmançımız ermenini nakauta saldı – Video

06 Kasım 2016

12:12 pm


06/11/2016 [16:09]: xeber –
Azərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov A1VCC versiyası üzrə keçirilən beynəlxalq turnirdə parlaq qələbə qazanıb. Bu gün Almaniyanın Vuppertal şəhərində A1VCC versiyası üzrə növbəti nüfuzlu beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi təmsil edən Xəyal Əhmədov rinqdə erməni döyüşçü Cioran Apuyepyanla üz-üzə gəlib. X.Əhmədov qarşılaşmanın ilk dəqiqələrindən ermənidən güclü oduğunu nümayiş etdirib və elə 1-ci raundda onu nakauta salaraq qələbə qazanıb. Qeyd edək ki, “A1 Vorld Kombat Kap”un təşkilatıçılığı ilə keçirilən yarış dünyada “Səkkizlik” adı ilə də məşhurdur. X.Əhmədovun erməni döyüşçü üzərində qələbə qazanması ilk deyil. O, ötən il Tiflisdə keçirilən Dünya Kuboku turnirində də erməni döyüşçü Q.Koçaryanı nakautla məglubiyyətə uğratmşdı. X.Əhmədov bundan əvvəl bu il mayın 28-də Hollandiyanın Eindhoven şəhərində keçirilmiş “K-1” versiyası üzrə beynəlxalq turnirin qalibi olub. Polyak idmançı ilə üz-üzə gələn həmyerlimiz çətin döyüşdə tam üstünlük nümayiş etdirərək parlaq qələbə qazanmışdı.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler