Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İdmançılarımızın zeif netice göstermeye menevi haqqı yoxdur”

12 Ağustos 2016

3:32 pm


12/08/2016 [19:30]: xeber –
Millət vəkili Elman Məmmədov sayt-a açıqlamasında
Braziliyadakı olimpiyada oyunları və idmançılarımızın bu yarışlarda göstərdiyi
nəticələrlə bağlı təəssüratını dilə gətirib:

“Təbii ki, Braziliyadakı olimpiyadanı, o cümlədən idmançılarımızın bu
yarışdakı çıxışlarını izləyirəm. Mili komandamızın üzvlərinin uğuru bizim hər
birimizi sevindirir və həyəcanlandırır. Yarışlar zamanı uğursuzluqla qarşılaşan
idmançılarımız da var ki, bu uğursuzluqlar bizi də təəssüfləndirir.

Bildiyiniz kimi, Azərbaycan prezidenti cənab İlham Əliyev ölkədə
idmanın inkişafına böyük diqqət verir, bu istiqamətdə ciddi addımlar atır. Azərbaycanda
idmana, idmançılara böyük qayğı göstərilir. Məhz bu səbəbdən də hesab edirəm
ki, idmançılarımızın zəif nəticə göstərməyə mənəvi haqqı yoxdur.

Ümid edirəm ki, qarşıdakı günlərdə idmançılarımızdan daha böyük
uğurlarına şahidlik edəcək, bu uğurlara birlikdə sevinəcəyik”.

 

Seymur Əliyev

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler