Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İdman ve musiqini siyasileşdirmek düz deyil, amma…”

24 Haziran 2016

8:12 am


24/06/2016 [12:10]: xeber –
Son
vaxtlar idman və musiqi yarışlarının hədsiz siyasiləşdiyi, açıq-aşkar siyasi
çalar ehtiva etdiyi aydın müşahidə edilir. Maraqlıdır, idmanın, musiqinin
siyasiləşdirilməsi nə dərəcədə doğrudur? Həqiqətənmi artıq idman və musiqiyə
siyasi-diplomatik mübarizənin idman arenaları və səhnələrdə davam edən bir növü
kimi yanaşmaq lazımdır?

sayt-a
açıqlama verən AMEA-nınTarix İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan
Ocaqlarının sözçüsü, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli məsələ ilə bağlı
maraqlı fikirlər səsləndirib:

“Əslində,
idmanı, musiqini siyasiləşdirmək düz deyildir. Amma indi bu
sahələri də siyasiləşdiriblər. Hesab edirəm ki, artıq məlum sahələr
bu cür gündəmdədir. Son illərdə bu cür də davam etməkdədir. O cümlədən futbol
da… Futbolla bağlı yazdlğım
status da bu qəbildən idi…

Məsələ
ondadır ki, bu çempionatda bütün Türk-Müsəlman dünyasını Türkiyə təmsil edirdi.
Onun qələbəsi doğrudan da əhəmiyyətli idi. Amma gördüyünüz
kimi, oyundan kənarlaşdırdılar.
Düzdü, özlərinin də günahı vardır. Gərək yaxşı oynayaydılar. Birinci və ikinci
oyunu udmalı, ən azı heç-heçə etməliydilər. Bu baxımdan çətin vəziyyət
yarandı. Gördüyünüz kimi də, uzaqlaşdıra bildilər. Nə isə..

Arzu
edərdim ki, idman və musiqi siyasətdən uzaq olsun. Bir
məsələni də qeyd edim ki, tarixən belə olub. Amma indi daha çox siyasiləşibdir.
Şəxsən mənim bu sahəyə marağım da buna görə azalıbdır”.

 

Seymur
Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler