Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İcra başçısının oğlunun cezası yüngülleşdirildi

14 Temmuz 2016

2:52 pm


14/07/2016 [18:49]: xeber –
Bu gün Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əhliman Süleymanovun apellyasiya şikayətinə baxılıb.sayt-ın Report-a istinadən verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, appelyasiya şikayəti qismən təmin edilib.Belə ki, Ə.Süleymanovun 6 il müddətlik həbs cəzası 4 il 6 aya endirilib.Qeyd edək ki, 2014-cü ilin sentyabrın 27-də Xəzər rayonunda baş verib. İ.Əsgərlinin idarə etdiyi “Mercedes” markalı avtomobil Ə.Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mercedes” markalı avtomobildə olan 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib.2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Əsgərli 5 il 6 ay, Ə.Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Həmin il iyunun 29-da Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişib. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin İ.Əsgərli barəsində çıxardığı hökm – 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası 3 il müddətinə endirilib.2015-ci il noyabrın 12-də isə Sabunçu Rayon Məhkəməsi cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə İ.Əsgərlinin cəzadan azad edilməsi haqda qərar qəbul edib. Həmin qərardan narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi – qəzada dünyasını dəyişən S.Mirzəyevin atası Maqsud Mirzəyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. kassasiya şikayəti təmin edilməyib.Xatırladaq ki, “Mercedes” markalı avtomobili idarə edən İ.Əsgərli Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun (Səbayel Rayon İcra Hakimiyyətinin sabiq başçısı) oğludur. Dünyasını dəyişən S.Mirzəyevin atası M.Mirzəyev isə “McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru vəzifəsində çalışır. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler