Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İcra başçısının model “sevgilisi”: “Biriyle münasibetlerinin olması çox normaldı” — FOTOSESSİYA

29 Haziran 2016

6:44 am


29/06/2016 [10:42]: xeber –
Model-aktrisa Əfsanə Qasımova bir müddət öncə açıq-saçıq fotolarının mətbuata çıxmasıyla, ardınca isə adının keçmiş icra başçısıyla hallanmasına görə gündəmə gəlmişdi. Bu günlərdə isə Qasımova yeni fotosessiyasını Ölkə.az-a təqdim edib. Aktrisa-model həmçinin saytın suallarını cavablandırıb.-Əfsanə xanım, bir müddət öncə sosial şəbəkələrdə, həmçinin mediada çox aktiv idiniz. Sanki son günlər bir qədər geri çəkilmisiniz.- Haqlısınız ki, bir müddət öncə daha fəal idim. Amma indiki duruma da geri çəkilmək deməzdim. Sadəcə, başım işlərimə qarışıb. Hazırda ATV-də “Qız atası” serialına çəkilirəm, eyni zamanda model kimi fəaliyyətim var. Sentyabrdan da dövlət qurumunda işə başlayacağam.- Bəlkə qeyri-fəallığınızın bir səbəbi də budur.- Bilirsiniz, dövlət qurumu elədir ki, burada hər addımına diqqət etməlisən. Bəlkə də o səbəbdən müəyyən çərçivələri özüm özümə təyin etmişəm.- İndiyə kimi o çərçivələr yox idi?- Var idi, amma bu qədər yox.- Adınız Cəbrayılın keçmiş icra başçısıyla da hallanırdı.- O söhbət yadıma düşəndə hələ də gülürəm. Səhv etmirəmsə kişinin adı Mahmud idi.- Bəli, Mahmud Quliyev.- Düzdür, sevgidə, münasibətlərdə yaşın fərqi yoxdur. Amma bu qədər də yox da. O kişinin 70 yaşı var, babam yaşındadır.- Təqdim etdiyiniz fotosessiyadakı maşın özünüzündür?- Xeyr, yaxın bir dostumundur. Özüm isə avtomobil idarə etmirəm.- Bacarmırsınız?- Bacarıram, amma sürücü idarə edir.- Niyə Azərbaycanda model deyəndə belə düşünülür ki, filankəsin sevgilisi, filankəsin məşuqəsidir?- Bu mənim ən yaralı yerimdir. Ancaq görünür insanlar daha çox belə görürlər. Hər halda insanın biriylə münasibətinin olması çox normaldı. Əsas odur ki, kiminsə evini, ailəsini dağıtmayasan.- Yeri gəlmişkən, şəxsi həyatınızla bağlı vəziyyət necədir?- Onu deyə bilərəm ki, hər şey qaydasındadır.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler