Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İcra başçısı postuna ele seviyyesiz adamlar qoyulub ki…”

08 Ağustos 2016

4:16 pm


08/08/2016 [20:12]: xeber –
Son vaxtlar ölkə mətbuatıında
 rayonlardakı tarix və mədəniyyət abidələrinin
baxımsızlıqdan dağılması ilə bağlı işıqlandırılan informasiyaların sayı
artmaqdadır.

Maraqlıdır, Azərbaycanın
tarixi abidələrinə olan bunca laqeydlik nə ilə bağlıdır? Niyə bu abidələrin
dağılmasını önləmək üçün zəruri addımlar atılmır?

sayt-a açıqlama
verən görkəmli tarixçi alim, professor Cəmil Həsənli yerlərdəki icra
başçılarının bu məsələdəki biganəliyinin yolverilməz olduğunu vurğuladı:

“Yerlərdə icra hakimiyyətinin
başçısı postuna o qədər səviyyəsiz adamlar qoyulub ki, onların tarix və mədəniyyət
abidələri haqqında təsəvvürləri çox məhduddur. Onların böyük əksəriyyəti bu
abidələri qiymətləndirmək potensialından uzaq olan şəxslərdir. Ona görə də
rayonlarda tarix və mədəniyyət abidələrinin acınacaqlı vəziyyətə düşməsində təəccüblü
heç nə yoxdur.

Əlbəttə ki, bu abidələr dövlət
qayğısı ilə əhatə olunmalıdır. Bu abidələr Mədəniyyət Nazirliyi, icra hakimiyyətləri
tərəfindən Azərbaycanın qüvvədə olan qanunlarına istinadən qorunmalıdır. Dövlət
həmin abidələrin qorunmasında maraqlı olmalıdır.

Abidələrimizin bir hissəsi
işğal zonasındadır. Hansı ki, onları ermənilər dağıtdı. Bir hissəsi də səviyyəsiz
icra başçılarının laqeydliyi ucbatından dağılır”.

 

Seymur Əliyev 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler