Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İcra başçısı Gennadi Axramoviçi qebul edib – Fotolar

31 Ağustos 2016

1:56 pm


31/08/2016 [17:52]: xeber –
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib. İcra başçısı səfirə diplomatik fəaliyyətində uğurlar arzulayaraq Gəncə şəhərində görməkdən məmnun olduğunu bildirib.Elmar Vəliyev səfirlə görüşündə Gəncənin iqtisadi potensialı haqqında danışaraq, əməkdaşlığın vacibliyini vurğulayıb. Bundan sonra da əlaqələrin genişlənəcəyinə əmin olduğunu bildirib.Görüşdə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində avtobusların istehsalı və həmin avtobusların ixracı məsələsi ətrafında fikir mübadiləsi aparılıb.Səfir isə öz növbəsində qonaqpərvərliyə görə icra başçısını təşəkkür edib. Gəncənin gözəl bir şəhər olduğunu və son illərdə xeyli dəyişdiyini diqqətə çatdırıb. Diplomat Azərbaycan ilə Belarus arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayıb.Görüşdə iqtisadiyyat və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən birgə layihələrin icrası, qarşılıqlı təcrübə mübadiləsi, işçi görüşlərinin təşkili və digər məsələlər müzakirə olunub.Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler