Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İcra başçılarının selahiyyeti azaldıldı

28 Ekim 2016

3:16 pm


28/10/2016 [19:12]: xeber –
Prezident İlham Əliyev “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.Fərmana əsasən, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilir:- 4.12.7-ci yarımbənd (“mədəni-maarif idarələrinin işini təşkil etmək”) ləğv edilir.- “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavə”nin 1-ci bəndindən “Mədəniyyət və Turizm Nazirliyinin,” sözləri çıxarılır.Qeyd edək ki, Əlavənin 1-ci bəndində deyilirdi:”Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin və Səhiyyə Nazirliyinin yerli bölmələrinin rəhbərlərini həmin mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdıraraq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad edir”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler