Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İblisle vuruşdun, şerle savaşdın, baş eymedin nefse, Cavid efendi…

30 Ekim 2016

8:32 pm


31/10/2016 [00:29]: xeber –
Səmalar şairi Cavid əfəndiİblislə vuruşdun, şərlə savaşdın,Baş əymədin nəfsə, Cavid əfəndi,Haqqı şüar edib haqqa qovuşdun,Səmalar şairi Cavid əfəndi.Enmədin göylərdən, mələk misali,Nəsib olmuş sənə yarın vüsalı,Sən ey nur kəlamlı, əli əsalı,Səmalar şairi, Cavid əfəndi.Hayqırdın ucadan yoxdur ədalət,Dünya başdan başa olub rəzalət,Xurafatdır, bitmir cəhli-cəhalət,Səmalar şairi Cavid əfəndi.Gözəlliyi Tanrı çeçdin özünə,Nəğmə qoşdun yavru qızın gözünə,Heyran qaldı hər kəs sənin sözünə,Səmalar şairi Cavid əfəndi.Bəslədin içində Turan sevgisi,Müşgünaz, Ərtoğrul, Turan sevgisi,Eşqi könülləri saran sevgisi,Səmalar şairi, Cavid əfəndi.Pantürkis damğası sənə vurdular,Otuz yeddinci il divan qurdular,Dost bildiklərin də üzə durdular,Səmalar şairi, Cavid əfəndi.Fəqət türkəm deyib yazdın şərqini,Anlatdın namərddən Türkün fərqini,Koşur hər kəs görə ömür sərgini.Səmalar şairi, Cavid əfəndi.31.10.2016 Nurəddin İsmayıl


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler