Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hüseyn Cavidin “Afet” faciesinde obrazların özünü ifşası…

25 Eylül 2016

5:36 pm


25/09/2016 [21:32]: xeber –
Azərbaycan ədəbiyyatının böyük ustadı, görkəmli şair–dramaturq Hüseyn Cavidin dramaturgiyası özünüifşa məqamları ilə zəngindir. Ümumiyyətlə, Cavid yaradıcılığından danışarkən onu da deməliyik ki, Cavid romantik qəhrəman tiplərinin hec birini nə müsbət, nə mənfi obrazlarını ideal şəkildə nə müsbətləşdirmiş, nə də mənfiləşdirmişdir.Hər hansı bir qəhrəmana baxsaq görərik ki, romantik bir qəhrəmanın daxili aləmində tərəddüd var, ikilik var. Deməli, Cavidin dramları əsas etibarı ilə xarakterlər dramıdır.Sevilməyib-sevənlər faciəsi dünya ədəbiyyatında dəfələrlə işlənmişdir. L. Tolstoyun “Anna Karenina”, C. Qolsoursinin “Farsaytlar haqqında əfsanə” kimi əsərlərində bu xətt geniş şəkildə təqdim olunmuşdur.Hüseyn Cavid yaradıcılığında isə bu xətt “Afət” faciəsində ümumiləşdirilmişdir.            Afət faciəsində qoyulan ailə-məişət münasibətlərinin bəzi əlamətləri  “Uçurum” faciəsində də əks olunmuşdur. Lakin “Uçurum”da yalnız bir ailənin və ailəni dağıdan səbəblərdən biri göstərilirdisə, “Afət”də bir neçə ailənin faciəsi və ailəni dağıdan bir neçə mühüm səbəb göstərilir. “Afət”də yüksək əxlaq normalarını tapdalayan, qadın-ana hüququnu ayaqlayan, qadına sadəcə bir əyləncə vasitəsi kimi baxan pozğun ərlərin və eyni əxlaqa malik subay gənclərin çirkin hərəkətləri, kübar ailələrə mənsub ata-anaların öz oğul və qızlarının tərbiyəsinə laqeyd qalmaları,öz mənliklərini qiymətləndirməyən, gözəlliklərinə güvənib ara-namusa arxa çevirən kübar qadınların məsuliyyətsizliyi, nəhayət ailə-məişətdə ən böyük bəlalardan biri olan əyyaslıq kimi səbəblər bir neçe ailəni bədbəxt edir. Başqa bir şəhərə köçən ailə burada çirkin bir mühitə düşür. Gənc və gözəl Afət özünün ailə həyatından narazıdır. Ərinin ailəyə laqeydliyi, üstəlik də sərxoşluğu Afəti usandırıb. Ailədəki bu münasibəti bilən və Afətin gözəlliyinə vurulan doktor Qaratay vəziyyətdən istifadə etmək istəyir. Qaratayın həqiqi aşiq maskası ilə araya girməsi  onsuzda bünövrəsi çürük olan bu ailənin dağılması üçün ilk qüvvətli təkan olur. Afət onsuzda sevmədiyi əyyaş ərini Qaratayın şirin sevgi vədlərinə aldanaraq zəhərləyir : “Mən bütün mənliyimi, bütün həyat və səadətimi yolunda fəda etməyə hazıram. Hətta sənin uğrunda cinayətdən belə çəkinməm. Ancaq aldadılmaq istəməm. Aldandığımı duysam məhv olurum. Həm də pək kinliyim, anlıyormusun? Məni aldatmaq istəyənləri əsla əfb etməm. Iki gözüm olsa belə intiqam alırım, intiqam!.. Əvət , mən, pək kinliyim. Məni təhqir edənlər əzrailin qucağına atılmış olurlar”.             Afətin səhvi onda olur ki,  o, xoşbəxtliyə aparan yolda Özdəmiri maneə hesab edir və onu öldürməklə əzablı bir ömrə son qoyacağına ümid edir. Lakin az keçməmiş, o, əməlindən peşman olur. : əvət baban bəni sonra aldı , bən isə göz bəbəyi kibi səni bəslədim, məsum bir mələk kibi böyütdüm (sinirli və həyəcanlı) ah,bən əxlaqsız deyildim fəqət Özdəmirin sərxoşluğu, sayğısızlığı bəni məhv etdi…sonra doktor Qaratay sapdırdı, ona vuruldum qatil oldum,babani zəhərlədim.” Mənən tənha, həyatı mənəvi əzablarla dolu qadınların ümumiləşdirilmiş obrazı olan Afət bütün əsər boyu əhatə olunduğu mühitlə qarşı-qarşıya qoyulmuş, bu qarşıdurma ilə də müəllif cəmiyyətin mənəvi həyatının bədii əksini verə bilmişdir. «Afət» əsərində biz qadın hüququnu tapdayan cəmiyyətin ifşasını, insan hisslərinə hörmət qoymayan bu mühitdə qadınların faciəsinin ürəkağrıdan mənzərəsini görürük. Afətin faciəsini dərinləşdirən amillərdən biri onun təbiəti ilə əhatə olunduğu mühit arasındakı ziddiyyətlərdir. Afətin şəxsi arzuları, romantik xəyalları, sevib-sevilmək istəyi obyektiv gerçəkliyin onun hisslərinə zidd olan «qanunları» ilə üz-üzə gəlir ki, dramatik münaqişənin əsasında da elə bu toqquşma dayanır. Afətə xoşbəxt olmaq üçün hər şey verilmişdir: gözəllik, vicdan, sevgi duyumu və bütün bunlardan yüksəkdə dura biləcək bir məziyyət–özgə bir şəxsin övladına doğma ana qayğısı göstərmək bacarığı. Lakin o, xoşbəxt ola bilmədi. Çünki onun mənsub olduğu cəmiyyətdə əksər insanlar həmin hisslərdən uzaq idi. Deməli, Afət öz hissləri, dünyagörüşü etibarilə bu aləmdə tək idi. H.Cavidin fikrincə, qadının incə hisslərini təhqir edən adamın, qadına hörməti olmayan ailənin, qadını alçaldan cəmiyyətin heç bir yüksək keyfiyyətindən danışmaq olmaz. Qadına heç bir hörmət qoymayan ailə, cəmiyyət də gec-tez məhvə məhkumdur. Afətin düçar olduğu müsibətlərdə, onun sevən şəxs ucalığından bir qatilin mənəvi səviyyəsinə enməsində əsas günahkar bir tərəfdən mühit idisə, digər tərəfdən özünün hissə qapılması, sonunu düşünmədən hisslərini təlqin etdiyi fikri tələsik icra etməsi idi. Afet(pek sinirli).ah bən niçin şu xain mühitə atıldım ,niçin yaratıldım, niçin qatil oldum, niçin aldatıldım.Biz burada Afətin tutduğu əməldən peşmanlıq hissi keçirdiyini,çarəsizliyinin,eyni zamanda üsyanının şahidi oluruq.H.Cavid bu əsərdə romantik qəhrəmanın taleyi zəminində insanın daxilində gedən təkamül prosesinin bədii əksinə nail ola bilmişdir. Afət surəti bütün əsər boyu mənəvi inkişafda  verilmişdir. Belə ki, birinci pərdədə biz bu qadının daxilində hökm sürən iztirabların onun varlığında bir narahatlıq doğurduğunu görürük. Afət ziddiyyətli hisslər yaşayaraq səhv qərar çıxarır və səhvi onu məhvə aparır. Lakin son ana qədər Afətin mənəvi inkişafı davam edir. Sonra o, elə bir dərketmə əldə edir ki, həyatda yaşaması artıq qeyri-mümkün olur, əgər ərini sevdiyinə qovuşmaq üçün öldürürse ,Qaratayı qisas almaq üçün öldürür.Afət (elinde silah,aci qəhqəhələrlə ) Özdəmirin intiqamını aldım,öz intiqamımı aldım (cənazəyə) sən bəni unutdun, gözəlliyimi təhqir etdin,iştə gözəlliyin intiqamını aldım. Ah intiqam vəhşətlərin ən alçagıdır,lakin kəndimi almadim əhv et (mustehzi qehqehelerle) ah sən bu aqşam dügün yapacaqdın Altunsaça qavuşacaqdın… Halbuki bən buna razı olamam çünki …səni pek seviyorum (masa uzərindəki çiçək dəmətini çözərək cənazəyə süslər) ah əvət səndən ayrılmaq istəməm, bu dodaqlar bəndən başqasını öpməməlidir (cənazəyi qucaqlayıb öpər,fövqaladə bir həyəcanla qalqar ve əlindəki revolveri şakağına tutar) şimdi isə sıra bana geliyor.Əsərdə diqqət doğuran, ən maraqlı və mürəkkəb obrazlardan biri də Özdəmirdir. Onun əvvəlki taleyi, gəncliyi, nə zaman və nə üçün içkiyə qurşanması haqqında heç bir məlumat verilmir. Lakin məlum vəziyyətinə əsasən onun Xandəmir kimi heç də yaranışdan bu qədər qüsurlarla dolu bir adam olduğunu söyləmək doğru olmaz. Özdəmirin xarakterində qabarıq nəzərə çarpan xüsusiyyətlərdən biri onun iradəsizliyi, müdafiə və mübarizə qabiliyyətinə malik olmamasıdır. Özdəmir təbiətən elə təsvir edilir, lakin bu obraz mənfi planda işlənsə də, oxucu bütün əsər boyu onu  Xandəmirlə eyni mənəvi səviyyədə qəbul edə bilmir.. Hadisələrin gedişi və bunlardan asılı olaraq Özdəmirin müxtəlif hallar keçirməsi onun əvvəllər Afəti sevmiş olduğunu göstərir. Lakin xarakterində üstünlük təşkil edən mənfi xüsusiyyətlərin hakimliyi nəticəsində bu məhəbbət kölgədə qalmışdır. Arada keçilməz bir sədd olduğunu duysa da, Özdəmir ən son həddə belə Afətə biganə olmadığını bildirir:«Afət (bir qədəh şərab gətirir). Buyurun, əfəndim!Özdəmir (qalxıb qədəhi alır.) Nasıl! Əfəndim?..(Qəhqəhə.) Halbuki mən sənin ən aciz qullarından, ən dəyərsiz kölələrindən biriyəm.  »Bu sözlər istehza, yaxud rişxənd deyil. Özdəmirin özünü Afət qarşısında dəyərsizləşdirmək cəhdi ilə söylədiyi bu ifadə artıq əyyaşlıq, mənəvi səfillik, bir tərəfdən qısqanclıq, bir tərəfdən də etinasızlıq hissləri ilə boğulan, məhvə məhkum olan sevginin son şölələrindən xəbər verir. Məhz bu zaman oxucu dərk edir ki, Özdəmirin qəlbində qeyri-insani hisslərə qalib gəlməyə gücü çatmayan, zəif, çox zəif bir sevgi hissi, məhəbbət duyğusu var. O, bütün varlığı ilə sevə bilmir. Özdəmir sərxoş və əyyaş olduğu qədər, qadınlara qarşı da hörmətsizdir.Onun qadınlar haqqındakı fikri nece bir xarakterə malik olduğunu göstərir.O, qadın hüquqlarını tapdalayanlardan biridir:«Özdəmir (təkrar laubali qəhqəhələrlə ). Əvət düşünüyorum qadın pek körpə ikən taze bir çiçək ,sonra füsunkar bir mələkdir.Yalnız bəziləri ,əvət, əvət bəziləri isə çamurlarda gəzən bir ördək,azğın ve hercai bir ördəkdir. »Qaratay surəti isə saxta şöhrət və məhəbbət ardınca qaçan, həyatını yalan üzərində quran şəxs obrazıdır. Onu hər hansı bir şeyin çirkin və ya təmiz olması yox, məqsədlərinə xidmət edəcəyi və etməyəcəyi düşündürür. Onun üçün hər nə məqsədinə xidmət edirsə, qarşısında yol açırsa, o da təmiz və qiymətlidir. Çirkin bir mühitdə sevilərək necə bir yüksək məqama yetirildiyini Qaratay başa düşə bilmir. Bu anlaya bilməmək faciəsi ilə mənəvi məhvə düçar olan Qaratayın şərəfsiz əməlləri, nəhayət, onu cismani məhvə aparır.Qaratay həm də ikiüzlüdür. O, bir tərəfdən Xandəmiri lağa qoyub onu cahil bilgic adalndırırsa, digər tərəfdən ona yaltaqlanaraq qızı Altunsaçı ələ keçirmək istəyir. O, məqsədinə çatmaq üçün hər  şey etmek iqtidarında olan insandır. Qaratay da cinayəti düşünür,lakin əgər Afətdə biz tutduğu əməldən peşmanlıq hissi duyuruqsa, onda buna qəti rast gəlmirik.«Doktor : İştə o bənim vəzifəm …(ətrafa).Özdəmiri zəhərlətdiyim gibi,Ərtoğrula da bir çarə düsünürüm. »Əsərdə tənqid və özünü ifşa cəhətdən diqqət çəkən obrazlardan biri də Xandəmirdir. Hamının müsyo fırıldaq kimi tanıdığı Xandəmir maarif müdiridir, lakin onun savadı gətirdiyi sitatlardan bəlli olur:«Xandəmir: İştə amerika şairlərindən məşhur Lev Tolstoy diyor ki, məhbbət bir bəla şeydir ki, giriftar olmayan bilməz(hər kəsdə qəhqəhə) »Və yaxud:«Xandəmir fars tarixşünaslarından Əbu Əli İbn Sina diyor ki, bən hər dərdə ilac buldum da yalnız eşqə, məhəbbətə çarə bulamadım.»Maarif mudirinin hansi şəkildə bu vəzifəyə qalxdığı göstərilməsə də, biz artıq buna ehtiyac duymuruq,hər şey göz qabağındadır. Sadə həyat səhnələri ilə zəngin olan «Afət» əsəri təkcə Azərbaycan ədəbiyyatının deyil, həm də dünya ədəbiyyatının əvəzsiz inciləri sırasına daxil olmağa layiq bir əsərdir. Ülviyyə Səmədova  AMEA, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu,kiçik elmi işçi[email protected]/* */


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler