Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hüseyn Cavid edebi meclisinin növbeti toplantısı keçirilib- FOTO

20 Ekim 2016

7:52 pm


20/10/2016 [23:51]: xeber –
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Hüseyn Cavid ədəbi məclisinin növbəti toplantısı keçirilib.sayt xəbər verir ki, toplantıda Hüseyn Cavid ədəbi irsiylə yanaşı, filologiya üzrə fəlsəfə doktoru, tanınmış şair-yazıçı Nizami Muradoğlunun görkəmli ədibə həsr etdiyi mənzum dramı da müzakirə olunub.Tədbiri giriş sözü ilə Məclisin sədri şair Kəmaləddin Qədim açdı. O, “Hüseyn Cavid Ədəbi Məclisi”nin oktyabr ayındakı fəaliyyətini, uğurlarını qeyd etdi və keçirilən tədbirlər haqqında qısa məlumat verdi. Tədbirdə bir sıra alimlər, tədqiqatçılar, yazarlar və media nümayəndələri iştirak etdilər. Söz AMEA-nın Folklor İnstitutunun direktoru, folklorşünas alim Muxtar İmanova verildi. M.İmanov 30-cu illər ictimai-siyasi prosesinin ən böyük hadisəsi sayılan, Azərbaycanın yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi həbsi və məhvi ilə nəticələnən repressiyanın Azərbaycan ədəbi mühitinə vurduğu yaralardan danışdı. O, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad və s. kimi Azərbaycan ziyalılarının ədəbi irsini təbliğ edən bütün əsərlərin, o cümlədən müzakirəyə təqdim olunan bu mənzum dramın da təqdirəlayiq olduğunu vurğuladı. Söz Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlıya verildi. O, Hüseyn Cavidin zəngin irsinin təbliği və tədqiqi barədə son illərdə gördükləri işlər barədə danışdı. Daha sonra kitabın müzakirəsinə başlandı. Tədbir iştirakçılarından Seyfədddin Rzasoy, Adilə Nəzər, Oktay Rza, Allahverdi Məmmədli, Akif Azalp, Binnət Əsgər, Balayar Sadiq, Ağaverdi Xəlil, Aləm Kəngərli, Nəriman Zeynalzadə, Kamil Məhərrəmoğlu, Aləmzər Sadiqqızı, Mərcan Şahbuzlu, Fərqanə Mehdiyeva müzakirəyə qoşuldular. Çıxışlardan sonra əsərin müəllifi Nizami Muradoğlu əsər haqqında suallara cavab verdi və əsərdən parçalar oxudu. N.Muradoğlu tədbirin təşkilatçılarına, iştirak edən qonaqlara təşəkkür etdi.Tədbirin sonunda xatirə şəkilləri çəkildi.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler