Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hüseyn Cavid-136: Görkemli şair doğum gününde yad edildi

24 Ekim 2016

3:56 pm


24/10/2016 [19:55]: xeber –
Bu gün Azərbaycan ədəbiyyatında romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin doğum günüdür.Hər il bu anım günü ilə bağlı Cavid əfəndinin abidəsinin önündə toplaşan Cavidsevərlər bu dəfə hava şəraitini nəzərə alıb abidə önünə əklil qoyduqdan sonra Hüseyn Cavidin ev muzeyində toplaşdı.Toplantını giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açdı. O, bəşəri yazar Cavid əfəndinin həyat və yaradıcılığından bəhs edərək, mütəfəkkirin əsərlərinin bu gün də aktual olmasını vurğuladı. Dahi sənətkarın ədəbi irsinin toplanması, qorunması, tədqiq və təbliği sahəsində hələ daha çox işlərin görülməli olduğunu qeyd etdi. Tədbirin aparıcısı akademik Teymur Kərimli bir sıra alim və tədqiqatçılara, şairlərə və Cavidin qohumlarına söz verdi. Folklorşünas alim Muxtar İmanov, İbrahim İbrahimli, Telman Əliyev, Kəmaləddin Qədim, Gülbəniz Babaxanlı, Nizami Muradoğlu, Tağı Əhmədov və başqaları şairin həyatı, yaradıcılığı haqqında çıxış edərək, şairi rəhmətlə andılar.Toplantıda Cavid Əfəndinin qəzəllərini ifa edən Xalq artıstı Mələkxanım Əyyubova və Nuriyyə Hüseynova öz musiqi töhfələri ilə şairin ruhunu şad etdilər. Toplantıda bədii qiraət ustası, əməkdar artist Ağalar Bayramov və gənc qiraətçi Qəndab şairin şeirlərindən və şairə həsr olunmuş şeirlərdən parçalar səsləndirdilər.Toplantıda şairin irsinin toplanmasında və işıq üzü görməsində xidmətləri olan Tağı Əhmədov bu işi daima davam etdirəcəyini, o cümlədən Nizami Muradoğlunun “Hüseyn Cavid” mənzum dramının tamaşaya qoyulmasında köməklik göstərəcəyini bildirdi. O, həmçinin qeyd etdi ki, bəziləri Tağı Əhmədovun Hüseyn Cavidin yaxın qohumu olduğu üçün onu sevdiyini bildirirlər: “Halbuki, Hüseyn Cavidlə yaxın qohumluğum yoxdur. O, sadəcə, mənim yoldaşımın uzaq qohumudur. Hüseyn Cavidə vurğunluğun səbəbi isə onun poeziyasıdır”.Sonda toplantı iştirakçıları Hüseyn Cavid ev muzeyinin yeni eksponatları ilə tanış oldular.(strateq.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler