Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hüseyn Arif camaatın evini niye uçurmaq isteyirdi? – LAYİHƏ

07 Ekim 2016

8:40 am


07/10/2016 [12:39]: xeber –
sayt “Yada düşər xatirələr” layihəsində mərhum Xalq şairi Hüseyn Ariflə bağlı bir neçə maraqlı xatirəni təqdim edir:Səməd Vurğun “imkan vermədi”Hüseyn Arifin yaxınlarına deyirmiş ki, Moskvada aspiranturada oxuyan zaman Səməd Vurğunla görüşür. Yataqxanada Hüseynin qonağı olan Səməd Vurğun ondan kimi müdafiə etdiyini, kimin barəsində dissertasiya işi yazdığını xəbər alır. Cavabdan sonra guya Səməd Vurğun onun aspiranturada oxumasının və dissertasiya müdafiə etməsinin qarşısını alır. Ona deyir ki, sən özün müdafiə etdiyin fars şairindən daha yaxşı yazırsan. Günlərin bir günü, Hüseyn Arifin danışdığı bu məsələni Səməd Vurğunun oğlu Yusif Səmədoğludan xəbər alırlar. Yusifin cavabı isə hamının gülüşünə səbəb olur:- Ə, yalan deyir, onu aspiranturadan qovmuşdular. Səməd Vurğun da getmişdi ki, onu bərpa eləsin, amma gücü çatmadı.Evlərinizi “uçurajam”Sovet hökuməti yıxılan vaxt Hüseyn Arif  deputat seçilmək arzusunda imiş. Nərimanov tərəfdə “Çermet” deyilən ərazidə seçiciləri ilə görüşür. Oralarda da evlər çox səliqəsiz və şəraitsiz imiş. Hüseyn qağa da and içir ki, deputat seçilən kimi evlərinizin hamısını uçurajam. Bir az keçəndən sonra deyirlər ki, ay Hüseyn qağa, sən buranı uçurtsan, bəs biz harada yaşayacayıq? Deyir, mən nə bilim harada yaşayacaqsınız. Gedib bunu hökumətdən, Bakı şəhərinin rəhbərindən soruşarsınız.Ov əhvalatıBir dəfə də Hüseyn Arif şairlərlə  ova gedir. Ovçular sübh səhər tezdən, ən uzağı saat 5-də ova gedəcəkdilər deyə tez yatırlar. Hava soyuq olur. Ona görə də ovçular pəncərələrin dal taxtalarını bağlayırlar. Çarpayı az olduğundan döşəmədə, gəbənin üstündə yorğan-döşək töküb yer salırlar. Hüseyn Arifə də deyirlər ki, sən çarpayıda yat. O isə “bura yaxşıdır” deyib hamıdan əvvəl gurhagur yanan sobanın yanındakı döşəyin üstünə uzanır. Gecədən xeyli keçmiş ovçulardan biri oyanıb, pəncərənin yanında yatan Hüseyn Arifi səsləyir və ondan soruşur ki, qağa, gör, hava işıqlanıb, ya yox.Hüseyn yuxulu halda taxtanı aralayıb baxır: – Yox hələ qaranlıxdı, yıxıl yat. İşıqlaşan kimi özüm sizi qaldırajam.Aradan bir az keçir, yenə kimsə oyanır.- A şair, başına dönüm, bax, gör işıqlaşmır ki?Hüseyn taxtanı aralayıb baxır və sakitcə cavab verir.- Yox, hələ. Yıxıl yat, işıqlaşanda özüm qaldırajam.Hüseyn yenidən bürünüb yorğanın altında büzüşür.Nə qədər mürgülədiyindən xəbəri olmur. Səs-küyə oyanır və tez taxtanı aralayır:- Ə, nə hay-haray salıfsız, görmürsünüz hələ qaranlıxdı?- A şair, deyəsən elə bütün gecəni pəncərələrin taxtası ilə paltar şkafının qapısını dolaşıq salıbsan.-  Elə şey olmaz, -deyə Hüseyn Arif təəccüblənir və başa düşür ki, gecə pəncərə əvəzinə başını şkafın içinə salıb, baxırmış. Tez ayağa durub paltarlarını geyinir.Qəh-qəhə çəkən yoldaşlarının yanında özünü sındırmır.-  Qarışıq salmayıb, neyləsin, taxtalar bir-birinə oxşayır. Di, tez olun gedək.Hava isə çoxdan işıqlanmışdı.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler