Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hüquq-mühafize orqanları FETÖ-ya qarşı zamanında niye tedbir görmeyib?

18 Ağustos 2016

4:12 pm


18/08/2016 [20:11]: xeber –
Son vaxtlar Azərbaycanda Gülənçilərə qarşı mübarizə çərçivəsində bir
sıra addımların atıldığı müşahidə edilir. Mediada yer alan məlumatları ciddiyə
alsaq, o zaman yaxın gələcəkdə bu istiqamətdə daha mühüm addımların atılacağını
iddia etmək olar.

Maraqlıdır, FETÖ Azərbaycanda həqiqətən də bunca dərindən kök salıbsa,
universitetlərə, komitə və nazirliklərə, parlamentə və s. yol tapıbsa, o zaman
ölkənin əlaqədar hüquq-mühafizə orqanları niyə zamanında bu təhlükəni önləməyib?
Güc orqanlarının FETÖ-nü görməsinə, neytrallaşdırmasına nə mane olub?

Məsələ ilə bağlı sayt-a açıqlama verən tanınmış hüquqşünas
Əyyub Kərimov hüquq-mühafizə orqanlarının bu istiqamətdə hansısa addımlar
atması üçün öncə siyasi hakimiyətin buna

razılıq verməsi gəərkdiyini vurğuladı:

“Ərdoğan özü etiraf etdi ki, vaxtiylə Fətullah Gülənlə bir yerdə
olublar və sonradan yolları ayrılıb. Nə qədər ki, Gülənlə problem yox idi, Gülənçilər
də hakimiyyətin müxtəlif qollarında rahat təmsil olunurdu. O zaman ki, Ərdoğanla
Gülən arasında siyasi düşmənçilik başladı, vəziyyət də dəyişdi.

Hüquq-mühafizə orqanları bu vaxta qədər heç nə edə bilməzdi. Çünki
Gülən dünənə qədər terrorçu hesab edilmirdi. Əksinə, hamı onunla oturub-durmağa
can atırdı. Azərbaycan və Türkiyə arasındakı dostluq-qardaşlıq münasibəti ölkə
daxilində Gülənçilərə qarşı hansısa addımlar atmağa imkan vermirdi.

Ərdoğanın Gülənlə problem yaşamadığı dönəmlərdə hüquq-mühafizə
orqanları Gülənçilərə qarşı hər hansı addım ata bilməzdi. Çünki bunun üçün öncə
siyasi hakimiyyətin razılığı lazım idi. Hüquq-mühafizə orqanları siyasi
hakimiyyət üzərində söz sahibi deyil. Onlar siyasi hakimiyyətin əlində olan cəza
sistemləridir. Əgər siyasi hakimiyyət Gülən şəbəkəsinin Azərbaycanda fəaliyyətinə
imkan yaradıbsa, hüquq-mühafizə orqanları bunun əleyhinə gedə bilməzdi. Ona görə
də hesab edirəm ki, bu məsələdə hüquq-mühafizə orqanlarını ittiham etmək o qədər
də doğru deyil”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler