Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hulusi Akarıın qiyamçı yaverinden inginc etiraflar -Çevrilişin şok etirafları

20 Temmuz 2016

12:52 pm


20/07/2016 [16:49]: xeber –
Türkiyə Baş Qərargah Rəisi Hulusi Akarıın köməkçisi yarbay Levent Türkkan dindirilmə zamanı şok etiraflarda bulub.sayt Türkiyə mediasına istinadən xəbər verir ki, Levent Türkkan necə Fətullah Gülənçi  və “paralel yapı”nın üzvü olduğunu və digər məsələlər barədə şok açıqlamalar verib. “Paralel yapı”nın üzvü olduğunu deyən L. Türkkan deyib ki, Fətullah Gülən camaatındayam. “1989-cu ildə İşırklar Askeri Litseyinə sənəd verib imtahan verdim. İmtahandan öncəki gecə imtahan cavabları verdim. Və nəticədə litseyi qazandm. Litseyi bitirdikdən sonra Baş qərargahda vəzifəyə gətirildikdən sonra camaat adına verilən tapşırıqları yerinə yetirməyə başladım” – deyə, L. Türkkan vurğulayıb.“Zabit olmaq uşaqlıq xəyalım idi. Camaatdakılar da buna yardmçı oldular”L. Türkkan ifadəsində deyib ki, mən kasıb bir ailənin uşağı idim. “Atam çox kasıb kəndçi idi. Tarlamız, bağçamız yox idi. Fətullah Gülən Camaatı ilə ilk dəfə orta məktəb dövründə tanış idim. Yaxşı və gələcəyi parlaq  bir şagird idim.Elə 5 yaşından  hərbçi zabit olmaq arzusunda idim. Mənim hərbçi olmağım sanki Camaatın çörəyinə duz-bibər oldu. 1989-cu ildə İşıklar Askeri Litseyinə sənəd verdim və imtahanlarla girdim. İmtahanı qazanacağımı bilirdim. Bunu Camaatdakı  dostlarım da bilirdi. Amma  bununla belə imtahandan öncəki gecə imtahanların cavabını gətirib mənə verdilər və ona uyğun olaraq da hazırlaşdım. Belə demək mümkünsə onalrın yarıdmı ilə imthandan keçdim”-deyə, o qeyd edib.Zabitlərin 60-70 faizi camaatçıdırL. Türkkan ifadəsində onu da əlavə edib ki, camaatçılara öz gizliliyini qoruyub saxlamaq tapşırığı var: “Hamı öz qardaşını tanıyar, dərsini oxuyar, namazını qılar. Qərargah zabitlərinin əksəriyyəti camaatçıdır”. Çevrilidən iyulun 14-də xəbər tutdumSabiq Baş Qərargah rəisi Nejdət Özeli xüsisi dinləmə cihaz ilə daimi izləyirdik. Həftədə bir cihazı Türktelekomda calışan “abi”lərdən birinə verirdim. Bu dinləmələr Necdet Özel, Hulusi Akar və Yaşar Güler dövründə dinləmə həyata keçirilib. Çevriliş barədə məlumatı isə iyulun 14-də səhər saat 10.00-da öyrəndim.Baş qərargahın polkovniki Erhan Yıkılkan mənə iyulun 16-na keçən gecə saat 03.00-da  prezident, baş nazir, nazirlər, Baş qərargah rəisi, komandirlərin və ordu generallarının bir-bir götürüləcəyini bildirdi. Mənim vəzifəm isə Hulusi Akarı sərərsizləşdirdikdən sonra onu özəl qüvvələr götürəcəkdi”. İyulun 15-də günortadan sonra Tümgeneral Mehmet Dişlinin otağına getdim, çünki o da camaatçı idi. O bizə bildirdi ki, Hulusi Akardan soruşun “Siz Kenan Evren olacaqmısınız, ya yox”. M. Dişli Hukusi Akarın təklifi qəbul edəcəyini düşünürdü.Ancaq H. Akar təklifi qəbul etmədi. “Yanlış hərəkət edirsiniz”- dedi.İyulun 15-də saat 20.00-21.00 arasında Baş qərargahda idi. H. Akar ən son MİT müşaviri Hakan Fidanla görüşdü. M. Dişli də həmən görüşdə idi. H.Fidan oradan ayrıldıqdan sonra xüsusi tyinatlılara məxsus 20-dək hərbçi Qərargaha daxil oldu. M. Dişli oradan çıxan kimi bizə “girin” dedi”. Biz içəri girəndə H. Akar səhv yolda olduğumuzu xatırlatdı. “Düz hərəkət etmirsiniz”. O bunu dəfələrlər təkrar etdi.Mən orada qaldım. M. Dişli mənə komandirin həyat yoldaşını arayıb vəziyyəti ona izah etməyimi istədi.Mən komandirin xanımı ilə telefonla danışanda o göz yaşlarına boğuldu. Türkiyə Böyük Məclisinin bombalanmasını telekanllardan izlədim. Bundan sonra hərəkətlərimə görə peşman olmağa başladım. Bu hərəkətlər bir qətliam kimi idi”-deyə L. Türkkan qeyd edib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler