Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hülusi Akar ve Hakan Fidanı Moskvaya aparan sebebler…

02 Kasım 2016

1:56 pm


02/11/2016 [17:55]: xeber –
Türkiyə Silahlı Qüvvətləri Baş Qərargahının rəhbəri ordu generalı Hulusi Akar və MİT rəhbəri Hakan Fidan noyabrın 1-də Rusiya Müdafiə Nazirliyi Baş Ştabının rəhbəri general Valeri Gerasimovun dəvətilə Moskvaya rəsmi səfərə gediblər. Qeyd edək ki, sentyabrın 26-da V.Gerasimov H.Akarın dəvətilə Ankarada səfərdə olmuş və rəsmi xəbərlərə görə Ankarada hər iki tərəf Suriyadakı vəziyyəti müzakirə edərək razılığa gəliblər ki, tərəflər bir-birilə əlaqəli hərəkət edəcək, hətta hərbi kəşfiyyat informasiyalarını mübadilə edəcəklər. Suriyanın şimalında  Türkiyənin “Fərat qalxanı” hərbi əməliyyatlarına Rusiya loyal yanaşaraq Türkiyənin istədiyinə – separatçı kürd silahlı dəstələrin  sərhəd boyu birləşməsinin qarşısını almağa mane olmadı. Türkiyəyə belə bir münasibət çox vacib idi, çünki rəsmi Ankara bir tərəfdən NATO üzvü kimi alyansın öhdəliklərini yetirir, ABŞ-ın rəhbərliyilə antiterror koalisiyasında iştirak edir, digər tərəfdən də Suriyada və İraqda hərbi əməliyyatlar keçirir, həm öz ərazisində , həm də Suriyada kürd separatçıları ilə mübarizə aparır. Rusiyanın belə bir vəziyyətdə Türkiyə ilə ən azı qarşıdurma yaratmaması Türkiyənin xeyrinədir. Aydın məsələdir ki, Rusiya tərəfinin də Türkiyədən istədikləri, bəzi hallarda tələbləri var. Rusiya siyasi ekspertlərin fikrincə geopolitika baxımından rəqib olan Türkiyə Suriyada Bəşər Əsədin hakimiyyətdən getməsi tələbilə çıxış etməməli, Krımla və Xerson vilayətilə bağlı məsələlərə qarışmamalı, yəni radikalları, islamçıları dəstəkləməməli, onları silah və təlimatçılarla təmin etməməlidir. Rusiya tərəf Türkiyənin hərəkətlərinin Rusiyanın türkdilli əhalisinə mənfi təsir etdiyini açıq deyirlər. Təsadüfi deyil ki, Rusiya müsəlmanları mərkəzi ruhani idarəsinin ali müftisi Talqat Tacuddin bu səfəri RİA NOVOSTİ  Agentliyinə şərh edərək onu “təcili zərurət” adlandırıb, qonşuların mehriban yaşamasının vacib olduğunu söyləyib. Talqat Tacuddin “türklərin Sibirdən olduqlarını və yüz illərlə islamın keşiyində dayandıqlarını” da vurğulayıb. Biz də yaddan çıxmamışıq –  Türkiyənin Qarabağ probleminin guya sülh yolu ilə həllinə əks olan siyasət aparması Rusiyanı xüsusi narazı salan məsələdir və bu istiqamətdə Türkiyənin səylərini neqativ olaraq dəyərləndirir. Yuxarıda qeyd olunanlar içərisində birbaşa hərbçilərə aid olmayan məsələlər olsa da müzakirələr aparılacağını hər iki tərəfin siyasi ekspertləri istisna etmirlər və danışıqların əsasən iki istiqamətdə gedəcəyini proqnozlaşdırırlar: Türkiyə kürd separatçılarına qarşı həm Suriya, həm Türkiyə ərazisində mübarizəsinə Rusiyanın müdaxilə etməməsini istəyir. İŞİD-ə qarşı hərbi əməliyyatlarda hərbi əməkdaşlıq, əməliyyatların koordinasiya edilməsi və hərbi-texniki əməkdaşlıq. İkinci istiqamət Rusiyanın müdaxilə edə bilmədiyi, Türkiyənin isə aktiv rol oynadığı İraq cəbhəsində İŞİD qüvvələrinin geri çəkildiyi təqdirdə Suriya ərazisinə-konkret olaraq Hələb şəhərinə girməsinin qarşısını almaqdır. Heç şübhəsiz, Hakan Fidanla rusiyalı həmkarı arasında da ciddi informasiya və kəşfiyyat mübadiləsi aparılacaq və bu ölkələr bəlli səbəblərdən bir – biri ilə müttəfiq ola bilməsələr də ən azı bir sıra antiterror əməliyyatlarında bir-birilərinə əngəl törətməmək üçün qarşılıqlı öhdəliklər götürəcəkləri şəksizdir. İstənilən halda əsrlərlə bir – birini həzm etməyən bu iki dövlətin son zamanlar dövlət başçılarından tutmuş digər strukturlar arasında da yaranmış müsbət ovqatın təkcə hər iki dövlətin deyil, bütövlükdə regionun xeyrinə olacağını indidən proqnozlaşdırmaq olar. Elə indidən qarşılıqlı səfərlərin hər iki ölkənin maraqlarına xidmət etdiyi açıq görünür, təbii, qapalı qapılar arxasında məxfi məsələlər də müzakirə olunur və bu xısınlaşmanın nədən ibarət olduğu yaxın vaxtlara ən azı Suriya cəbhəsində özünü göstərəcək.sayt-ın analitik qrupu


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler