Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hovuza girmeyen müselman qızlara vetendaşlıq verilmedi…

01 Temmuz 2016

4:48 am


01/07/2016 [08:47]: xeber –
Bu yaxınlarda İsveçrə hökuməti oğlanlarla qızların birgə oxuduğu məktəbdə oğlanlarla bir yerdə üzmək istəməyən müsəlman mühacir qızlara vətəndaşlıq verməkdən imtina edib.Xəbəri İsveçrə mətbuatına istinad edən “USA Today” qəzeti yayıb.Xəbərdə deyilir ki, “Adları açıqlanmayan qızlar bildiriblər ki, onların dini inancı onların oğlanlarla eyni zamanda hovuzda icbari üzgüçülük dərsləri almasına mane olur. …Bazelin rəsmiləri bildiriblər ki, bacılar məktəb proqramına tabe olmadıqlarına görə onların vətəndaşlıq ərizələri rədd edilib.””USA Today” daha sonra yazır ki, “ABŞ və bir çox başqa ölkələrdən fərqli olaraq İsveçrədə vətəndaşlıq alınması üçün cəmiyyətə inteqrasiya ölkənin tarixi və siyasəti barədə biliklərdən daha vacibdir. Vətəndaşlığa namizədlər öz icmalarına kifayət qədər yaxşı inteqrasiya etdiklərini, yerli adət və ənənələrə hörmətlə yanaşdıqlarını sübut etməlidirlər.”Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatına görə İsveçrənin əhalisinin təxminən 5 faizi müsəlmandır. Əhalinin 70 faizdən çoxu xristiandır. 21,4 faizin isə hər hansı bir dini inancı yoxdur. Ölkə konstitusiyasında “din və vicdan azadlığı”, habelə insanların “tək, yaxud da başqaları ilə birlikdə” dini və ya fəlsəfi baxışı “seçmək” və ona “itaət etmək” hüququ təsbit edilib. “Ancaq son illərdə İsveçrə hökuməti qanunvericilikdən istifadə edərək müsəlman mühacirlər arasında mədəni assimilyasiyanı təbliğ etməyə başlayıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler