Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hoverboardın öz-özüne partladığını bilirdinizmi?   – Fotolar

04 Ağustos 2016

10:16 am


04/08/2016 [14:14]: xeber –

Hoverboard
satış nöqtələrindən birində partlayan hoverboard, bütün mağazanın yanmasına səbəb
olub.

sayt xarici mediaya istinadən xəbər verir ki, istifadəyə
verildiyi ilk günlərdən bəri yanğın və partlayış xəbərləri ilə gündəmə gələn
hoverboardlar insan həyatını təhlükəyə atdığı üçün bir çox ölkədə qadağan
olunub. Hoverboardların qadağan olunmadığı əyalətlərdən biri olan Nyu Cersidə
bu cihazların  təhlükəli olduğu və nə
üçün qadağan edilməsi gərəkdiyini göstərən bir hadisə yaşanıb.

 

Belə ki, Nyu
Cersidə yerləşən hoverboard satılan mağazalardan birində yanğın baş verib. Bütün
personalın tez təxliyyə edildiyinə görə, qısa müddətdə bütün mağazanı bürüyən
yanğın insan tələfatına səbbə olmayıb. Yanğından sonra aparılan araşdırmalar
zamanı müəyyən edilib ki, mağazada olan hoverboardlardan biri işləmədiyi halda
həddindən artıq qızaraq partlayıb. Və yanğın da bu partlayışdan başlayıb.

Qeyd edək ki,
Azərbaycan da hoverboardların satışına qadağa qoyulmayan ölkələr sırasındadır. Ölkəmizdə
getdikcə hoverboard satıcıları və istifadəçiləri artmaqdadır. Xüsusən də
azyaşlılar və yeniyetmələr bu qurğuya daha çox maraq göstərirlər. Ümid edirik
ki, həm aidiyyati qurumlar, həm də valideynlər hoverboardların partlama təhlükəsi
olduğunu nəzərə alıb, diqqətli olarlar.

Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler