Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Hollandiya polisi bizi müdafie etdi ve ermenileri eraziden uzaqlaşdırdı”

21 Ekim 2016

9:24 am


21/10/2016 [13:22]: xeber –
Holandiyada fəaliyyət göstərən AzNed Cəmiyyətinin həmsədri və Avropada Azərbaycanla bağlı fəaliyyət göstərən “AzNed.nl” informasiya saytının həmtəsisçisi Emil Əliyevin müsahibəsini təqdim edirik:- Emil bəy, öncə sədri olduğunuz təşkilat haqqında oxucularımıza məlumat verməyinizi istəyirik.- AzNed təşkilatı mən və Nərminə Mərdanova tərəfindən 1 mart 2016-ci il tarixində təsis olunub və bütün tələb olunan rəsmi strukturlarından qeydiyyatdan keçıb. Əsas məqsədimiz yerli holland əhaliyə Dağlıq Qarabağ müharibəsi, Azərbaycanın mədəni irsi və tarixi haqqında məlumatı çatdırmaqdır. Bizimlə bərabər digər diaspora təşkilatlarımız da bu istiqamətdə fəaliyyət aparır, amma yenə də bu sahədə çox böyük boşluq var, çünki bir çox təşkilatlar təbliğatı uğurlu olsa da, çox hollandlar Azərbaycan haqqında az məlumata sahibdirlər. Buna əsas səbəb təşkilatların sosial şəbəkələrdə və internetdə fəaliyyəti çox zəif olmasıdır. Biz bunu görərək öncə bu gün ən populyar sosial şəbəkə olan Facebookda Hollandiyada yaşayan bütün azərbaycanlıları bir yerə yığmaq istədik və “Azərbaycanlılar Hollandiyada” qrupunu və AzNed.nl info portaal səhifəsini yaratdıq. Qrup və səhifə əsasən gənclər tərəfindən çox böyük maraqla qarşılandı. Qısa müddət ərzində sayımız 2000-ə çatdı. Nəzərə alsaq ki, Hollandiyada 5000 azərbaycanlı yaşayır, demək olar ki, soydaşlarımızın yarısı qrupumuzun üzvüdür. Hər bir azərbaycanlı ailənin ən azı bir üzvü qrupumuzun üzvüdür və paylaşdıqımız xəbərlər bütün soydaşlarımız tərəfindən oxunur.Təşkilatımızın yaranmasından qısa müddət keçməsinə baxmayaraq, biz bir çox uğurlu tədbirlər və aksiyalar keçirmişik. Mart ayında Novruz bayramını gənclərimiz üçün müasir üslubda keçirdik, ondan əlavə, Hollandiyada yaşayan azərbaycanlılar, hollandlar və digər xalqlar üçün Novruz bayramına aid milli mətbəximizin inciləri olan şəkərbura, paxlava və digər şirniyyatların bişirilməsində “master klas” keçirdik. Həmin tədbirdə 70-dən çox qonaq iştirak edirdi. Novruz bayramına aid son təbirimiz Utrecht vilayətində Utkijk orta məktəbində “Azərbaycan ayı” adlı tədbir idi. Dörd həftə ərzində məktəbin foyesində Azərbaycana aid stend quraşdırıldı, orada bizim xəritəmiz, bayrağımız, milli geyimimiz və Novruz bayramının atributu olan səməni düzülmüşdü, stenddən əlavə, məktəblilər tərəfindən kağızdan səməni düzəldildi və onlar üçün Azərbaycan haqqında film və şəkillər nümayiş olundu.Aprel ayında ermənilər tərəfindən başlanmış dörd günlük müharibədə biz Ermənistan səfirliyinin önündə təşkil olunmuş aksiyada iştirak edib və aprelin 7-də ermənilər təfəfindən Amsterdamın Dam meydanında təşkil olunmuş aksiyaya etiraz olaraq öz əks etiraz akasiyamızı təşkil etdik və 300 erməni önündə heç nədən qorxmayaraq 12 nəfərlə üz-üzə durduq. Çox sevindirici məqamlardan biri də o idi ki, təşkil etdiyimiz aksiyada bəylərlə bərabər xanımlarımız da iştirak edirdi. Aksiya düşmənlərimiz tərəfindən çox böyük reaksiya ilə qarşılandı və onlar hər cür provokasiyaya əl atdılar, amma Hollandiya polisi bizi müdafiə etdi və erməniləri ərazidən uzaqlaşdırdı. Həmin gün biz yüzlərlə holland, cənubi azərbaycanlı, türk, pakistanlı və digər xalqların nümayəndələri tərəfindən böyük dəstək aldıq.Həmin ayın sonunda Hollandiya erməniləri yenidən öz qondarma soyqırım gününü geyd etməyi planlaşdırmışdı. Bizim təşkilat cəldlik göstərərək 24 arpel günü onların tədbirləri keçirdiyi məkanı bələdiyyədən icazə alaraq erməni yalanına qarşı öz aksiyamızı keçirdik. Həmin aksiyada çoxlu sayda azərbaycanlı soydaşlarımız iştirak etdi, qonaq qismində türk gənclər və Azrbaycan-türk təşkilatlarının üzvləri də həm iştirak edib, həm də çıxışlar etdilər. Aksiya minlərlə insanın marağına səbəb oldu və onlara ermənilərin Xocalıda törətdiyi vəhşiliklər haqqında bukletlər paylandı, stendlər nümayiş olundu.- Niderlandda ölkəmizin tanıdılmasında gənclər hansı rolu oynayırlar?- Hal-hazırda biz öz təşkilatımıza gənclərin Azərbaycanı tanıtmasında daha fəal olmasını istəyirik, çünki onlar həm holland dilini bir çoxumuzdan mükəmməl bilir, həm də internet və sosial şəbəkələrdə daha aktivdirlər, oxuduqları və çalışdıqları məkanlarda ölkəmiz haqqında tədbirlər və görüşlər keçirə bilərlər. Çox təəssüf ki, bəzi gənclərimiz ölkədən kənar yaşadıqlarına görə öz ana dilini unudurlar, onları ölkəmizin tanıtmasında daha aktiv olmaqları üçün biz www.azned.nl saytını yaratdıq bu sayt Hollandiyada iki dildə – Azərbaycan və Hollandiya haqqında ən böyük və istifadə olunan saytdır. Gündəlik olaraq Hollandiyada yaşayan gəclərimiz, onların nailiyyətləri və Azərbaycanda baş verən hadisələr haqqında holland dilində və Hollandiyada baş verənlər haqqında Azərbaycan dilində məlumatlar paylaşırıq.- Niderland mediası ilə əlaqələri necə qurmağı planlaşdırırsınız?- Holland mediası ilə əməkdaşlıqda da böyük boşluq var və diaspora təşkilatlarımızın tədbirləri onlar tərəfindən çox az işıqlandırılır. Holland mediası tərəfindən Azərbaycan haqqında məlumatları verməkdə maraq göstərmirlər.Hal-hazırda bizim ən böyük məqsədlərimizdən biri bir çox holland jurnalistləri ilə işgüzar əlaqələrin qurulmasıdır. Biz gündəlik olaraq bizim www.azned.nl saytımızda dərc olunan məlumatları holland mediasına ötürürük.- Qarşıda hansı layihələr gözlənilir?- Gələcək planlarımız çoxdur. Ən vacib planımızdan biri bizim AzNed.nl saytının daha sürətlə işləməsini təşkil etmək və bir çox dildə xəbərlərin yerləşdirilməsidir. Bu sahə müəyyən vasitə tələb etdiyinə görə bizim həmyerlərimizin dəstəyinə ehtiyacımız var, plan və layihələrimiz çoxdur, sadəcə, hal-hazırda onlar haqqında danışmaq istəməzdim, sirr olaraq qalsın. İnşallah, qısa mütdət ərzində yeni layihələrimiz haqqında saytımız vasitəsilə məlumat verəcəyik.Elnur Eltürk


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler