Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Hökumet ilk önce daxili istehsalı stimullaşdırmalıdır…” – İqtisadçı ekspert

23 Haziran 2016

2:16 pm


23/06/2016 [17:50]: xeber –
Son günlər Azərbaycanda dolların yenidən bahalaşa biləcəyi haqda informasiyalar yayılır. Hətta Yeni Azərbaycan Partiyasından olan millət vəkili Vahid Əhmədov bildirib ki, bu ilin sonuna qədər 1 dollar 1.80 azn olacaq. İqtisadçı ekspert Nazim Bəydəmirli sayt-a açıqlamasında bildirdi ki, hazırkı məqamda ciddi təlaşa səbəb yoxdur yoxdur:“ İlk öncə onu deyim ki, mən kimlərinsə proqnozlarına, xüsusən də bu tip şübhəli rəylərə şərh vermirəm. Ancaq pul kredit siyasətini həyata keçirən qurumların rəhbərlərinin elan etdiyi rəqəmlər onu deməyə əsas  verir ki, bizim valyutanın kursu neftin qiyməti ilə bağlıdır. Neftin qiyməti 40 dollardan baha olacağı halda dollar maksimum 1.55 azn  ola bilər. İndi Azərbaycan nefti 50 dollar civarında satılır. Mən əhalimizi sakitləşməyə dəvət edirəm. Heç bir ciddi təlaşa səbəb yoxdur. Deyilən  rəqəmlər doğrudursa, ölkəyə daxil olan valyuta ilə çıxan valyuta arasındakı fərq Mərkəzi Bankın elan etdiyi rəqəmlərdirsə mən heç bir təhlükə görmürəm. Hökumət ilk öncə daxili istehsalı stimullaşdırmalıdır. İdxal məhsullarını əvəz edə biləcək məhsulların bazar çıxarılmasına marqlı olmalıdır. Ucuz maliyyə resurslarına sahibkarların çıxışı asanlaşmalı, monopoliya aradan qaldırılmalıdır. Hökumət idxaldan aslılığı azaltmaq üçün real addımlar atmalı, ciddi islahatlara davam etməlidir.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler