Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Hökumet böhrandan çıxmaq üçün heç bir proqram ve qabiliyyete malik deyil”

02 Temmuz 2016

4:00 pm


02/07/2016 [19:59]: xeber –
Son
vaxtlar Azərbaycanda yerli istehsal müəssislərinin bir-birinin ardınca
bağlanması cəmiyyətdə ciddi narazılıq yaratmaqla yanaşı, onsuz da geniş olan
işsizlər ordusunun bir qədər də genişlənməsinə səbəb olmaqdadır. Maraqlıdır,
işizlərin sayının getdikcə artması, yerli istehsal müəssisələrinin bağlanması nəticə
etibari ilə ciddi etirazlara, aksiyalara səbəb ola bilərmi?

Bununla
bağlı sayt-a açıqlama verən AXCP sədrinin müavini Gözəl Bayramlı
proseslərin arzuedilməz məcrada inkişaf etdiyini təsdiqlədi:

“Onsuz
da çox az olan yerli istehsal müəssisələrinin bir-birinin ardınca bağlanması
işsizlər ordusunun sıralarına genişləndirəcək. Heç nə səbəbsiz
deyil. Yarıtmaz idarəçilik,
hökumətin böhrandan çıxmaq üçün heç bir proqramının və qabiliyyətinin olmaması,
manatın devalvasiyası belə vəziyyət yaradıb. Bütün bunlar gözlənilən idi, sadəcə
hökumət bunu qulaqardına vururdu. Narazılıq təbii ki, daha da artacaq. Dövlət vətəndaşına
sahib çıxmasa,
gərginliyin artması qaçılmazdır və bütün məsuliyyət hakimiyyətin üzərindədir.
Ölkə iqtisadiyyatını neftdən asılı vəziyyətə gətirəndə, neft gəlirlərini gərəksiz
layihələrə xərcləyib axırına çıxanda bunu düşünəcəkdilər”.

 

Seymur
Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler