Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Hökumet 21 fevralda kabinetde oturub dolların qiymetini manata nisbetde 34% qaldırmasaydı…”

28 Haziran 2016

9:24 am


28/06/2016 [13:22]: xeber –
Azərbaycan hökumətinin həyata keçirdiyi səhv pul-kredit siyasəti uzun müddət davam edərsə, bu nəinki ölkədə real sektoru məhv edəcək, eyni zamanda neftdənkənar sahələrə böyük zərbə vuracaq ki, bu da nəticədə manatı ciddi devalvasiyaya uğradacaq.Bu fikri  sayt-a açıqlamasında  millət vəkili Əli Məsimli deyib.Onun sözlərinə görə, Azərbaycan manatının devalvasiyasına təsir edən bir sıra amillər var. “Bunlar ilk olaraq ölkədən kapital axını, Azərbaycana daxil olan kapitalın tədiyyə balansında gedən proseslər, eyni zamanda Azərbaycanın əsas xarici ticarət partnyorlarıından olan Rusiya rublundakı proseslərdir”, – deyə millət vəkili vurğulayıb.Millət vəkili hesab edir ki, ABŞ  Federal Ehtiyat Sisteminin də faiz dərəcələri ilə bağlı  qərarları  da psixoloji cəhətdən öz təsirini göstərdi.Ə.Məsimli onu da əlavə edib ki, Azərbaycan manatınıın üzən məzənnəyə keçməsi elan olunsa da, bu beynəlxalq praktikada olduğu kimi həyata keçirilmir və bu da müəyyən problemlər yaradır: “Belə ki, Azərbaycan  hökuməti və  aidiyyatı orqanlar  süni surətdə manat qıtlığı yaratamaqla  kursu saxlayırlar. Bu müəyyən vaxt kəsiyi üçün effekt  versə də,  uzun müddətli  zaman üçün keçərli deyil. Əgər bu proses uzun müddət davam edərsə real sektoru boğacaq. Digər tərəfdən əgər Mərkəzi Bank süni manat qıtlığı yaratmaqla vəziyyətdən çıxmaq istəyirsə  bu improviziya yoludur. Bu da uğurlu variant deyil. Çünki  bir müddətdən sonra  manatda ciddi  surətdə devlavasiyalar baş verə bilər. Odur ki, yumşaq devalvasiya  prosesi davam etsin. Yumşaq devalvasiya  prosesi davam edərsə, dollar təqribən 2 manat və ondan bir az yuxarı qalxa bilər. Yox, əgər bu səhv pul-kredit siyasəti davam edərsə, onda manat daha ciddi devalvasiyaya uğraya bilər.”Ə.Məsimli əlavə etdi ki, əgər Azərbaycan hökuməti 2015-ci il 21 fevralda  kabinetdə oturub dolların qiymətini manata nisbətdə 34% qaldırmasaydı, yumşaq devalvasiyaya getsəydi, dollar 90 qəpikdən yuxarı qalxmayacaqdı. “İndi də hökumət yumşaq devalvasiyaya gedərsə, onda ilin sonunadək  manatın məzənnəsi indikindən bir az çox ola bilər. Yox  bu siyasət davam edəcəksə, onda təksə real sektor məhv olmayacaq, həmçinin  neftdən kənar digər sahələrə də böyük zərbə dəyəcək. Manat da ciddi devalvasiyaya uğraya bilər. Ona görə də Azərbaycan hökumətini ölkə iqtisadiyyatına ziyan vuran ifrat sərt pul-kredit siyasətindən geri çəkilməyə çağırıram. Əgər Azərbaycan hökuməti bu siyasətdən geri durmazsa xoşagəlməz proseslər baş verə bilər. Bu da öz növbəsində əhalı üçün ağrılı olacaq. Odur ki, hökumət yumşaq devalvasiya yolunu seçməlidir”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler