Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hitlerin sağ elinin katibesi: “Heç kim inanmır…”

18 Ağustos 2016

6:04 am


18/08/2016 [10:00]: xeber –
Cozef Göbbelsin katibəsi olmuş 105 yaşlı Bromhild Pomsel özünün ilk, bəlkə də son müsahibəsini verib. Son günə qədər Hitlerin bunkerində olmuş son canlı şahid gördüklərini belə təsvir edib: İçkinin ardı-arası kəsilmirdi Hitler və onun ən ali rütbəli generalları Rusiya ordusunun Berlinə yaxınlaşmaqda olduğu bir vaxtda, böyük həcmdə spirtli içkilər içir və ayılmamağa çalışırdılar. Biz isə çalışırdıq ki, alkoqolun ardı kəsilməsin. Bu, başın keyliyini saxlamaq üçün çox vacib idi. Hitlerin yaxın çevrəsinə aid olsaq da, o vaxtlar Holokost haqqında heç nə bilməmişik. Kimə deyirəm, inanmır, amma mən doğrudan da bu barədə heç nə bilmirdim. Ölməyə hazıram… Əgər həmin vaxtlar geri qayıtsaydı, adamlar yenə də o vaxtkı kimi hərəkət edərdilər. Bu gün, “imkanım olsa, zavallı, təqib olunan yəhudilər üçün daha çox iş görərdim” deyənlərin səmimiyyətinə inanıram. O vaxt isə sanki bütün ölkəyə cadu edilmişdi. Ölümümə çox qalmayıb. Arzu edərdim ki, buna illər yox, aylar qalsın. Bundan sonra taleyindən narahat olacağım övladlarım da yoxdur. Təkcə buna ümid edirəm ki, o vaxt baş verən hadisələr bir də olmasın…” Qeyd edək ki, Bromhild Pomsel 1933-cü ildə bir radiostansiyada katibə işləyib. Yazı aparatında çox sürətlə yaza bilməsi ilə seçilib. Cozef Göbbels məhz bu qabiliyyətinə görə onu şəxsi katibəsi seçib. O, bu vəzifədə müdirinin intiharınadək qalıb. Göbbels fürerinin intiharından 24 saat sonra öz həyatına son qoyub. (Axar.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler