Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hitlerin evi dağıdılacaq  – Fotolar

17 Ekim 2016

8:52 pm


18/10/2016 [00:48]: xeber –
sayt xəbər verir ki, Avstriya daxili işlər naziri Volfqanq Sobotka Adolf Hitlerin anadan olduğu evin söküləcəyini bildirib. Nazir Hitlerin eviylə bağlı verdiyi bəyanatda bunları deyib: “Hitlerin doğulduğu ev söküləcək. Təməli saxlana bilər, ancaq üzərinə yeni bir tikili inşa ediləcək. Bu yeni tikiləcək bina ya xeyriyyə təşkilatlarına, ya da dövlətinin istifadəsinə veriləcək”. Nazir Die Press qəzetinə verdiyi müsahibədə Yuxarı Avstriya əyalətinə bağlı Braunau bölgəsində yerləşən bu evin dağıdılmasına ekspertlərdən yaradılmış komissiyanın qərar verdiyini vurğulayıb. Sobotka söküntü işlərinin sürətlə aparılması üçün Məclis prosesinin də başlanılacağını qeyd edib.Sobotka Hitlerin doğulduğu evin həddindən artıq sağçı Neonazilər tərəfindən ziyarət edilən bir simvola çevrilməsini istəmədiklərinə də işarə edib. Evin ümumiləşdirilməsini nəzərdə tutan qanun layihəsinin qarşıdakı həftələrdə Parlamentdə müzakirə ediləcəyini və ilin sonuna qədər qüvvəyə minməsini gözlədiklərini deyib. Qeyd edək ki, Avstriya hökuməti ev sahibi Gerlinde Pommerin satışına icazə vermədiyi evə ümumiləşdirmə yolu ilə əl qoyacaq.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler