Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hindistanda İnek Nazirliyi yaratmaq isteyirler

Genel 17 Haziran 2016

2:16 pm


17/06/2016 [18:15]: xeber –
Hindistanda ölkənin həyatında müqəddəs yerə malik olan inəklərin müdafiəsi və saxlanılması üzrə xüsusi nazirlik yaratmaq istəyirlər. Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Məlumata görə, təşəbbüs sağ Ümumdünya İnduizm Şurasından gəlib, şura öz təklifini artıq baş nazir Narendr Modiyə göndərib.  Parlament bu məsələyə iyulda başlayacaq yeni sessiyada baxmaq niyyətindədir.“İnək həyat simvolu, bizim mədəniyyətin ruhudur. Ona yetərincə diqqət ayrılmır”, – adı çəkilməyən məmur söyləyib. Onun sözlərinə görə, ideya inəkləri ölümdən qurtarmaqdan ibarətdir, yekunda isə ölkədə süd istehsalını artırmaqdır. WSJ yazır ki, iribuynuzlu heyvanların məhv edilməsi çoxdandır ki, Hindistanda problemdir. Xüsusilə də, bu problem keçən il müsəlmanın mal əti yediyi üçün kütlə tərəfindən qətlə yetirməsi zamanı kəskinləşib. Qətl iğtişaş dalğasına səbəb oldu və ölkədə dini dözümsüzlük barədə debatlara gətirib çıxardı.  




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler