Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hindistanda 4 ayaqlı “şeytan” peyda oldu… – Fotolar

08 Kasım 2016

12:48 pm


08/11/2016 [16:47]: xeber –
sayt xarici mediaya istinadən xəbər verir ki,  Hindistanın Uttar Pradesh ştatının Farukabad şəhərinə aid bir kənddə yaşayan 20 yaşlı Arin Rajput dörd ayaqlı olaraq dünyaya gəlib. Həkimlərin rəyinə görə Rajputun arxasındakı ayaqlar ana bətnində inkişaf etməmiş olan parazit əkizin əlamətləridir. Qeyri-adi görünüşünə görə onu kənddən qovan kəndlilər Rajputa “şeytan” ləqəbi veriblər. Bu vəziyyətdən narahat olan Rajput “İnsanlar mənə gülür. Mənə şeytan deyirlər. Fərqli göründüyüm üçün kimsə mənə hörmət göstərmir. Halbuki mən onlardan biri kimi görünmək istəyirəm. Mən də digər insanlar kimi çalışmaq istəyirəm” deyərək fəryad edib. Ailənin dörd uşağının ən böyüyü olan Rajputun ən böyük xəyalı bədənindəki artıq ayaqlardan xilas olub müəllimlik peşəsinə yiyələnməkdir. Tarlalarda günəmuzd  fəhləlik edən kasıb ana-atası oğullarını həkimə aparsalar da, müalicə üçün pullarının olmamasına görə evə qayıdıblar. Rajputun 45 yaşlı anası Lila oğlu haqqında bunları deyib: “Oğlum evliliyimizin 12-ci ildə dünyaya gəlib. Onun dünyaya gəlməsini səbirsizliklə gözləyirdim. Anadan olanda isə gözlərimə inanmadım. Çox zəifdi, bir çox həkimə apardıq, heç biri zəmanət vermədi. İnsanlar ona pis ləqəblərlə müraciət edirlər. Məni ən çox yaralayan ona şeytan demələridir. O çox nəzakətli bir uşaqdır. İşləməyi sevən, hər kəsə hörmətlə yanaşan, arzuladığı həyatı yaşamaq istəyən oğlandır. Ümid edirəm ki, oğlum nə zamansa artıq ayaqlarından xilas olacaq və bizlərdən biri kimi yaşayacaq”.   Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler