Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Hillari xanımla şexsi elaqem olub – Seçkiden sonra şekillerimizi gönderecem” 

27 Eylül 2016

1:28 pm


27/09/2016 [17:25]: xeber –
 “Hillari xanımla mənim
şəxsi əlaqəm olub. Elçibəy hakimiyyəti dövründə mən Vaşinqtonda olanda Ritz-Carlton
hoteldə Hillari xanımla söhbətlərimiz olub. O vaxt orada Azərbaycanın qara kürüsünün
təqdimatını keçirirdik və Hillari xanımı oraya  dəvət etmişdik. Həmin tədbirdə Hafiz Paşayev də,
mən də iştirak edirdik, elə həmin tədbirdə şəxsi tanışlığımız yarandı”.

Bunu sayta
açıqlamasında Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev ABŞ
prezidentliyinə namizdələr haqqında danışarkən deyib.

Partiya sədri Hillari Klintonun
ABŞ prezidenti seçiləcəyinə əmin olduğunu vurğulayıb və onu bəri başdan təbrik
edib:

“Hillari çox cəsrətli
bir xanımdır, dünyada çox güclü siyasətçidir. Düşünürəm ki, Hillari xanım artıq
ABŞ-ın prezidentidir. Tramp avaranın biridir, ermənipərəstdir, başıxarab bir
adamdır. ABŞ xalqı öz dəyərlərinə hörmət edən edən xalqdır, buna görə də heç
vaxt Trampı prezident seçməzlər. ABŞ xalqı bilir ki, kimə səs vermək lazımdır və
artıq o səsi veriblər də. Hillari xanım bu gün də səs çoxluğu ilə qabaqda
gedir.

Bəzi insanlar ölkəsindən
asılı olmayaraq elə bilirlər ki, kiminsə pulu çoxdursa, hər şeyi həll edə bilərlər.
Bu, tamamilə yalnış bir fikirdir. O cümlədən Tramp da elə düşünürdü ki, onun
pulu var və milyardları ilə ABŞ xalqını ələ ala biləcək. Ancaq gördü ki, bu
mümkün deyil, ABŞ xalqı Hillari xanıma böyük önəm verir. Düşünürəm ki, Hillari
Klinton artıq ABŞ prezidentidir. Mən onu artıq prezident kimi qəbul edirəm və onu
bəri başdan saytınız vasitəsilə təbrik edirəm. İnaqurasiya mərasimindən sonra
çalışacağıq ki, onunla əlaqələri bərpa edək. Onunla çəkdirdiyimiz şəkilləri
göndərək”.

H.Hacıyev qohumu Bəxtiyar
Hacıyevin də Hillari Klintonla əlaqəsinin olduğunu deyib:

“Bizim bir əmioğlu
var, Bəxtiyar Hacıyev, onun da Hillari xanımla çox yaxın münasibətləri var, tez-tez
əlaqədə olurlar. Biz bu yöndə Azərbaycanın xeyri üçün, Azərbaycan-ABŞ
dostluğunun inkişaf etdirilməsi, Azərbaycanla ABŞ arasındakı soyuqluğun aradan
qaldırılması istiqamətində öz gücümüzdən istifadə etməyə çalışacağıq. Ancaq hər
gün Azərbaycan televiziyasında, Azərbaycan qəzetində ABŞ-ı söyənlər qalarsa,
düşünürəm ki, nəticələri çox pis olacaq. Dünya dövlətləri bizi dəstəkləyirlər, demokratik
inkişafa dəstək verən insanları sevirlər və bizdən umduqları Azərbaycanda insan
hüquqlarına, demokratiyaya hörmətdir. Bizim içimizdə də belələri azdır”.  

Zəhra

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler