Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hillari Klintona qarşı çıxanlar ölür… – DƏHŞƏT

12 Eylül 2016

2:52 pm


12/09/2016 [18:49]: xeber –
Onun “ölümcül xəstələnməsi” karyerasının pillələri altında qalan 81 müəmmalı ölümün unudulmasına hesablanıb…Artıq bir aydan çoxdur ki,  ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klintonun  səhhətindəki problemlər, bir neçə tədbir zamanı zorla yeriməsi, yıxılması haqda informasiyalar səngimir.  Son günlər isə xanım namizədin ağır pnevmoniyaya yoluxduğu,  seçkilərdə çətin ki, iştirak edəcəyi,  hətta ölmək üzrə olduğu barədə də danışılır. Bəzi konspiroloq və polittexnoloqlar hesab edir ki, bütün bunlar dolayısıyla namizədin reytinqini qaldırmaq, ona yazıq görkəmi verərək  “cəfakeş demokrat” obrazının kütlənin şüuruna yol tapmasına şərait yaratmaq üçün işlənən siyasi tryuk və manipulyasiyalardır.  Belə görüntü və informasiyalar fonunda H.Klinton və onun əri, eks-prezident Bill Klintonu hakimiyyətə aparan yolda haqsız yerə həyatı ilə doğrudan da vidalaşanlar unutdurulur…  sayt xarici mənbələrə istinadla  sabiq dövlət katibi H.Klintonun həyat yoldaşı B.Klintonla birgə   karyera pillələrində  ən azı, 81 meyitin üzərindən “adladığını” müəyyən edib… Bu il iyulun 16-da  sübh qaranlığında Ağ Ev yaxınlığında Demokratların fəal üzvlərindən biri Set Riçin müəmmalı şəkildə və vəhşicəsinə qətlə yetirilməsindən sonra  xanım Klintonun “ölüm siyahısı”  daha fəal şəkildə gündəmə gəlib.  Set Riç  H.Klintonun seçki qərargahıında seçicilər haqqında məlumatların toplanması və təhlili üzrə şöbənin direktoru olub.  Amma Klinton partiyanın seçkiqabağı qurultayındakı çıxışında Riçi seçicilərin hüquqları üzrə şöbə rəhbəri kimi yad edib.  Çox güman ki, o bunu, ən azı, bu barədə məlumatı olmayanları duyuq salmamaq üçün  bilərəkdən edib. Çünki Riçin ölümündən  cəmi bir neçə gün öncə “Wikileaks” saytının rəhbəri Culian Ajans DemokratLar Partiyasının serverindən gizli materiallar  ələ keçirdiyini bəyan etmişdi. Həmin materiallar hətta keçmiş prezident R.Niksonu kreslodan aşıran “Uoterqeyt” qalmaqalından da dəhşətli olub. Orada Klintonların korrupsiya və gizli qətl macəraları açıqlanır. Mərhum S.Riçin isə nəinki elektron yazışmalara, birbaşa partiya serverinə də girişi olduğundan gizli materialların məhz onun əli ilə C.Ajansa ötürüldüyü şübhəsi yaranırdı…H.Klintonun “ölüm siyahısında”  onun məşuqları, jurnalistlər, vəkillər, cangüdənlər, həkimlər, narkodilerlər və s. olub.  Bu insanlar  hamısı bu və ya digər formada Klintonların  həyat və siyasət tərzinə qarşı çıxıb. Hər biri də müəmmalı şəraitdə öldürülüb. Və heç birinin də  qatili taplmayıb. Cinayət işləri isə qapalı qalır… Növbəti yazımızda  prezidentliyə namizədin qurbanlarından bəzilərinin  dəhşətli qətl tarixçələrindən bəhs edəcəyik.sayt-ı izləyin!Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler