Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hillari Klinton üçün şok sürpriz – Ögey oğlu zühur etdi…

02 Kasım 2016

7:20 am


02/11/2016 [11:16]: xeber –
sayt xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun oğlu ortaya çıxıb. ABŞ-da keçiriləcək prezident seçkilərinə bir həftədən az bir müddət qalmış, demokratların namizədi Hillari Klintonun ögey oğlu olduğunu iddia edən Villiams, Vaşinqtondakı Milli Mətbuat klubunda mətbuat konfransı təşkil edib. Villiams “Mən Bill Klintonun oğluyam. Hillari mənim ögey anam və Çelsea mənim qardaşımdır”-sözləri ilə özünü tanıdaraq, iddialarının sübut üçün DNT testi edilməsinə hazır olduğunu bildirib. ABŞ-ın Arkanzas ştatında yaşayan gənc, iddiasının yeni olmadığını və 1990-ci ildən bəri onların isbatı üçün çalışdığını deyib. Bill Klintonun oğlu olduğunu, narkotik aludəçisi olan anasını kiçik yaşda itirdiyini deyən gənc, Klinton ailəsi ilə əlaqələri genişləndirmək istəyib. Seçkilərə namizədlərin bir-birinə qara piar təbliğatı ilə bağlı jurnalistin-“Respublikaçıların namizədi Donald Trump tərəfindən maliyyə edilib – edilmədiyi” sualına reaksiya göstərən gənc, vəkil xərcləri də daxil olmaq üzrə bütün xərcləri özü qarşıladığını və mübarizəsinin prezident seçkiləri ilə əlaqəsi olmadığını söyləyib.Mehman Nəbiyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler