Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Hilal Əsedovla bağlı ifadenin KİV-de yayılması yolverilmezdir”

04 Kasım 2016

8:08 am


04/11/2016 [12:06]: xeber –
Dünəndən etibarən bir
sıra KİV-lərdə ləğv edilən MTN-nin sabiq nazir müavini Hilal Əsədovun istintaqa
verdiyi ifadə yayılmaqdadır. Bu ifadənin həqiqətən də H.Əsədova məxsus olduğu hələ
bəlli olmasa da, istintaqa verilən ifadənin KİV-ə necə, hansı əsasla, kimin əli
ilə çatdırılması məsələsi sirr olaraq qalmaqdadır.

Maraqlıdır, istintaqa
verilən bir ifadənin KİV-də yayılması hüquqi nöqteyi-nəzərdən nə dərəcədə
düzgündür? Bu, istintaq sirrinin yayılması kimi dəyərləndirilə bilərmi? Məlum ifadənin
KİV-ə  necə yol tapması araşdırmalı,
istintaq sirrini qorumalı olan şəxslər buna görə cəzalandırılmalıdırmı?

sayt-a açıqlama
verən tanınmış hüquqşünas Ələsgər Məmmədli istintaqa verilən ifadənin KİV-də
yayılmasının yolverilməz olduğunu, buna görə istintaq sirrini qorumalı olan şəxslərin
məsuliyyət daşıdığını vurğuladı:

“Bildiyiniz kimi, qanunvericiliyə
müvafiq dəyişiklik edilib və KİV haqqındakı mövcud qanunvericilik bu kimi
proseslərin gizliliyinin qorunmasını tələb edir. KİV-lərdə bunun yayılması
yolverilməzdir. Lakin bu ifadənin KİV-ə çatması da ayrı bir məsələdir. Istintaq
sirrini qorumağa borclu olan tərəf istintaqı aparan tərəfdir. Əgər həmin tərəf istintaq
sirrini qoruya bilməyibsə, onu kimsə KİV-ə sızdırıbsa, o, birbaşa məsuliyyət
daşıyır. Çünki istintaqı aparan qurum mahiyyət etibari ilə istintaqın
yekunlarını məhkəməyə təqdim etməlidir, KİV-ə yox. Bu baxımdan yayılan ifadənin
nə qədər gerçək istintaq sirri olub-olmadığı, yaxud dezinformasiya olduğu ilə
bağlı indiki halda heç nə deyə bilmərəm. Böyük ehtimalla gerçək istintaq sirri bu
formada mediaya düşməməlidir. Düşərsə, buna görə istintaqı aparan tərəf məsuliyyət
daşıyır. KİV bu və ya digər formada qaynaqlarla işləyən, ictimai əhəmiyyətli məlumatları
cəmiyyətlə paylaşan bir tərəfdir. Bu baxımdan KİV-in ona sızdırılan məlumatları
zaman-zaman yayması halları olub. Əsas olan budur ki, istintaqı aparan tərəf
istintaq sirrini qorumalıdır. KİV o ifadəni özü-özlüyündə əldə edə bilməz. Ona
kimsə bu informasiyanı sızdırıb. Həmin qaynaq müəyyən edilməlidir”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler