Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Hikkeli qadının prezident seçilmesi dünyaya yaxşı heç ne vermeyecek” -Deputat

08 Kasım 2016

8:24 am


08/11/2016 [12:23]: xeber –
Bu gün ABŞ-da prezident seçkiləri keçirilir.Prezidentliyə namizədlər isə Hillari Klinton və Donald Trampdır. Seçkilərdən sonra ABŞ-ın aparacağı siyasət bütün dünyada maraqla gözlənilir. Bir çoxları iddia edir ki, Hillari Klinton prezident seçilərsə, yeni müharibə ocaqları yaranacaq, Donald Trampın prezident seçiləcəyi təqdirdə isə ABŞ-Rusiya münasibətləri normallaşacaq və bir çox problemlər öz həllini tapacaq.Millət vəkili Araz Əlizadə ABŞ-da keçirilən prezident seçkilərini şərh edib:”ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq Azərbaycan həmin prezidentlə işləyəcək. İnsani cəhətdən Hillari Klintonun prezident seçilməsi dünya üçün pisdir. Hikkəli qadının prezident seçilməsi dünyaya yaxşı heç nə verməyəcək.Hillari Klintonun “ən yaxşı işi” ərəb baharıdır. Ərəb baharına baxanda biz görürük ki, yeganə fövqəldövlətin başçısı Hillari Klinton olarsa, dünyada nələr baş verəcək. Dünyada sülhün qorunması üçün Hillari Klintonun prezident seçilməsi məqsədəuyğun deyil, ancaq bu, ABŞ xalqının öz işidir”.(Ölkə.Az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler