Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hicablı qadını tehqir eden hekime maraqlı ceza…

28 Ekim 2016

6:00 am


28/10/2016 [09:56]: xeber –
Fransanın Isere şəhərində müsəlman bir qadını təhqir etdiyi səbəbiylə həkimə bir ay təcilli vəzifədən uzaqlaşdırma cəzası verilib.sayt-ın  xəbərinə görə, adı açıqlanmayan hicablı müsəlman qadının şikayətini qiymətləndirən Səhiyyə Nazirliyi həkimi təhqirinə görə günahkar bilib, lakin vəzifəsini icra etmədiyi istiqamətindəki şikayəti isə rədd edib.Hadisə keçən il oktyabr ayında yaşanıb. Təzyiq xəstəsi müsəlman qadın, istədiyi resepti yazmayan həkimin ödənişini qaytarmayınca yaşanan hadisəni ictimai mediaya daşıyıb. Həkimi şikayət edən qadın, müzakirə anındakı qeydi də dəlil olaraq Səhiyyə Nazirliyinə təqdim edib.Həkimin müzakirə əsnasında hicablıı qadına “Siz bütün qadınlar üçün bir skandal yaradırsınız. Mən bütün qadınların azad olmasını istəyirəm. Sizin hicabınız dini bir simvoldur və bu qanuni deyil. Mən bütün hicablı qadınlara qarşıyam” deyə təhqiramiz fikirlər səsləndirib.Səhiyyə Nazirliyi həkimə bu təhqirinə görə bir ay təcilli vəzifədən uzaqlaşdırma cəzası verib.Səhiyyə Nazirliyi xəstənin istədiyi dərmanın reseptini yazmadığı səbəbiylə həkimin “vəzifəsini icra etmədiyi” istiqamətindəki şikayətini isə etibarsız sayıb.Elşən Yəhyayev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler