Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hezret Ömer Hezret Əlinin qızı ile evlenmişdi

25 Ağustos 2016

2:40 pm


25/08/2016 [18:36]: xeber –
(yazının əvvəlin bu linkdən oxuyun: moderator.az/news/148994.html )PEYĞƏMBƏR QIZI ÜMMÜGÜLSÜMPeyğəmbər bağçasının üçüncü gülü Həzrət Ümmügülsüm Zeynəbdən dörd, Ruqəyyədən iki il sonra dünyaya gəlmişdir.İlk nişanı Əbu Ləhəbin digər oğlu Üteybə ilə olmuşdur. Lakin İslamın ilk illərində Əbu Ləhəbin təkidi ilə Üteybə də digər qardaşı kimi hərəkət edərək Peyğəmbər qızı ilə nişanını pozub, kafir qızı ilə evlənmişdir. Üteybə Rəsulullaha həqarət etdiyi üçün bir aslan tərəfindən parçalandı.Digər bacıları kimi həya, əxlaq və iman sahibi olan Həzrət Ümmügülsüm xanım bacısı Həzrət Ruqəyyənin vəfatından sonra Həzrət Osmanla evləndi. Onun üçün də Həzrət Osmana “Zinnureyn” yəni, iki nur sahibi ləqəbi verilmişdir.Həzrət Peyğəmbərimiz bir gün Məscidi-Nəbəvinin girişində Həzrət Osman ilə qarşılaşmışdı. Ona:- Səni son dərəcə kədərli görürəm?! – buyurdu.Həzrət Osman:- Ya Rəsulallah! Mənə olan heç kimsənin başına gəlmədi. Rəsulullahın qızı vəfat etdikdən sonra onunla aramdakı qohum-əqrabalıq bağı kəsilmiş oldu! – dedi.Allah Rəsulu:- Ey Osman! Budur, Cəbrayıl əleyhissəlam Ruqəyyanın bacısı Ümmü Gülsümü də eyni miqdarda mehrlə və ona etdiyin həyat yoldaşı kimi bir həyat yoldaşı olmaq şərti ilə sənə nigahlamağımı Uca Allah tərəfindən mənə əmr etdi – deyə buyurdu.Beləliklə, Allah Rəsulu qızı Həzrət Ümmügülsümü Hicrətin üçüncü ilində Həzrət Osman ilə nigahladı.Fəxri-Kainat Peyğəmbərimiz:-Osman ilə Ümmügülsümü ancaq səmadan gələn vəhy ilə evləndirdim – buyurmuşdur (Heysəmi, IX, 86).Həzrət Ümmügülsüm hicrətin 9-cu ilində 28 yaşında vəfat etdi. Cənazə namazını Peyğəmbərimiz qıldırdı. Mədinədəki Baqi qəbiristanlığında, bacılarının yanında dəfn olundu. Həzrət Osman bu itkidən çox kədərləndi və ağladı. Peyğəmbər Əfəndimiz onu bu halda görüb yanına gəldi və Həzrət Osmana xitabən yavaş səslə:- Üçüncü qızım olsaydı, yenə sənə verərdim- buyurdu.PEYĞƏMBƏR QIZI FATİMƏNəbilər əfəndisinin son çiçəyi Həzrət Fatimeyi-Zəhradır. Peyğəmbərimizi əhatə edən insanlar arasında onun öz yeri vardır. Allah elçisinin sevimli qızını “Cənnət xanımlarının Seyidəsi” adlandırması fikrimizi təsdiq edir.Həzrət Fatimə miladi tarixlə 609-cu ildə doğuldu. Ona Fatimə adını verməsinin səbəbini ucalar ucası Həzrəti Peyğəmbərimiz şəxsən belə açıqladı: -Onu sevənləri Allah cəhənnəmindən uzaqlaşdıracağı üçün qızıma Fatimə adını verdim.Həzrət Fatimənin ləqəbi Zəhradır. Mənası “Ağ üzlü” deməkdir. Peyğəmbərimizin xanımlarından biri Həzrət Aişə ögey qızı Fatimə haqqında belə demişdir: -Fatimənin üzü o qədər ağ, o qədər aydındır ki, gecələr onun yanında iynə saplayırdım.Daha sonra: “Allah Rəsulu yanında insanların ən sevimlisi Fatimə və onun əri idi” deyə Aişə anamız bildirmişdi. Onun başqa bir ləqəbi də Betüldür. Mənası “Tayı-bərabəri olmayan” deməkdir. Rəsulullah belə buyurmuşdur:-Fatimə mənim bir parçamdır, onu sevindirən məni sevindirmiş, onu incidən məni incitmiş olar (Buxari, Əshabun-Nəbi, 12, 29).İbn Abbas belə nəql edir:-Peyğəmbərimiz yerə dörd xətt çəkdi və:- Bu xətləri niyə çəkdiyimi bilirsinizmi? – deyə soruşdu.Səhabələr:- Allah və Rəsulu daha yaxşı bilir! – dedilər.Bunun müqabilində Peyğəmbərimiz:- Cənnət qadınlarının ən fəzilətliləri Xədicə binti Xuveylid, Fatimə binti Məhəmməd, Məryəm binti İmran, və Firoonun xanımı Asiyə binti Müzahimdir – buyurdu. (Əhməd, I, 293)Həzrət Fatimə Həzrət Əli əleyhissəlamla ailə qurdu. Toy günü Rəsulullah Həzrət Əlidən soruşdu:-Ey Əli! Ciyərimi yer üzündə gəzən görsən, nə edərsən?Əli əleyhissəlam: -Bilmirəm, ey Allahın Rəsulu! – deyə çaşqınlıqla cavab verdi.Allah Rəsulu sorduğu sualın cavabını belə açıqladı:- Övladlarımız bizim yer üzərində gəzən ciyərlərimizdir. Fatimə də mənim ciyərimdir. Mənim ciyərimlə necə davranarsansa Fatimə ilə də o cür davran.Həzrət Fatimə hicrətin 11-ci ilində 29 yaşında Mədinədə dünyasını dəyişdi.Məhəmməd əleyhissəlam belə buyurmuşdur:-Səmadan bir mələk enərək mənə salam vermək üçün Allah-təaladan izn istədi. Bu mələk daha əvvəl heç yerə enməmişdir. Mənə Fatimənin cənnətliklərin xanıməfəndisi olduğunu müjdələdi (Hakim, III, 164).Həzrət Fatimənin Həsən, Hüseyn, Muhassin adlı üç oğlu, Ümmügülsüm, Zeynəb, Ruqəyyə adlı üç qızı olmuşdur (qızlarına bacılarının adını qoymuşdur).Həzrət Həsən atası Kufədə şəhid edildikdən sonra müsəlmanların xəlifəsi oldu. Hakimiyyəti 6 ay davam etdi. Müaviyənin hiyləsi ilə zəhərlənərək şəhadətə qovuşdu.Həzrət Hüseyn hicrətin 4-cü ilində doğuldu. Haqqında saysız-hesabsız kitablar, məqalələr yazılan İmam Hüseyn Kərbəla faciəsində Yezid tərəfindən şəhid edildi. Bu Həzrət müsəlmanların əqidə məktəbi, şəhidlik simvoludur.Mühassin çox kiçik yaşlarında vəfat etdi. Həzrət Fatimənin böyük qızı Zeynəbdir. Kərbəla faciəsinin canlı şahidi idi. Zeynəb Qahirədə vəfat edib, orada da dəfn olunmuşdur.Həzrət Ümmügülsüm Həzrət Fatiəmənin ikinci qızıdır. Doğumundan az sonra anası vəfat etdiyindən yetim qaldı. Böyüyəndə xəlifə Həzrət Ömər Xəttab oğlu ilə ailə qurdu. Çox keçmədi ki, xəlifə Ömər şəhid edildi. Bundan sonra Həzrət Əli qızını başqasına ərə verdi. O şəxs də şəhid oldu. Beləliklə Ümmügülsüm bir neçə dəfə ailə qurdu. Həzrət Fatimənin sonuncu qızı Ruqiyyədir. Ləqəbləri Sittə və Seyidədir. O da bacısı və qardaşı kimi Kərbəla faciəsini yaşayıb. Bu dəhşətli hadisədən çox təsirlənmişdi. Çox gənc yaşda vəfat etdi.Peyğəmbər qızlarının həyatından da göründüyü kimi, Həzrət Ömərlə Həzrət Əli (və onun ailəsi) arasında heç bir döşmənçilik olmamış, əksinə, onlar həm yaxın silahdaş, həm də mehriban  qaynata-kürəkən olmuşlar.  Neçə əsrlərdir ki, ərəblər və farslar bu tarixi faktları insanlardan gizlədərək, bu Allah dostlarını biri-birlərinə düşmən kimi təqdim etmiş, beləliklə də müsəlmanlar arasına nifaq salmaqla məşğuldurlar. Təssüflər olsun ki, bəzi fanatik həmvətənlərimiz ərəb-fars fitnəsinə uyaraq Allah dostu və Cənnət əhli olan xəlifələr haqqında xoşagəlməz (nalayiq) ifadələr işlədərək günaha batırlar (hissiyyatım mənə deyir ki, bu gün bəzi dindarların zindanlarda əzəb çəkməsinin gerçək səbəbi elə bu cür günahlardır).   MÜRCİİD TƏLİMİ İslam lüğətində olan məlumata görə, mürciid təlimi Həzrət Osmanın ölümündən sonra müsəlmanlar arasında mənasız çəkişmələrin qarşısını almaq məqsədi ilə Həzrət Əlinin   nəvəsi Əl-Həsən bin Məhəmməd tərəfindən VIII əsrin əvvəllərində yaradılmışdı və barışdırıcılıq, birləşdiricilik mövqeyi tutmuşdu. Bu təlim  həm Həzrət Ömər, həm də Həzrət Əli təraftarlarını özündə birləşdirmişdir. Onların təbliğatına görə nə Həzrət Osmanı, nə də Həzrət Əlini günahkar hesab etmək olmaz; onların günahı olub-olmadıgı axirət günü bilinəcək. O vaxta qədər bu böyük şəxiyyətlər haqqında mənfi fikir söyləmək doğru deyildir. Onun bu və digər mütərəqqi fikirləri tezliklə xilafətin bütün ölkələrinə – Xorasana, Suriyaya, İraqa və s. yayıldı. Tarixin müxtəlif dövrlərində  İmami-əzəm Əbu Hənifə, Davud ət-Tai, Qaylan Əd-Dəməşqi kimi böyük İslam alim və övliyaları bu təlimə öz töhfələrini vermişlər.Ötən yazılarımızdan birində həyatından bəhs etdiyimiz Zaqatalanın Car kəndində yaşamış və şəcərəsi Peyğəmbər əfəndimizə bağlanan    Şeyx Məhəmməd Davudinin (1823-1915) baş daşındakı kitabədən aydın olur ki, bu böyük  Alim və övliya da öz dövründə mürciid təlimini təbliğ etməklə, İslam dinindəki parçalanmanın qarşısını  almağa, cəmiyyətin birliyinə və bütövlüyünə çalışmışdır. (Məhəmməd Davudinin həyatı haqda bu linkdən oxuyun: moderator.az/news/141987.html  ) Çünki Allah – təala Quranda dini parçalayanların axirətdə cəzalanacağını xəbər verir: “Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah sonra (axirətdə) onlara etdiklərini xəbər verəcəkdir!” Quran, “Davar” surəsi, 159-cu ayə. Məhəmməd Davudinin başdaşındakı kitabənin ərəbcədən tərcüməsi aşağıdakı kimidir:   “Bu qəbir Carda dünyasını dəyişmiş, şəriət elmlərinin dərin bilicisi, elm bağının bağbanı, zəka meydanında qələbə çalmış müdriklərin başçısı, mövlana, hacıların zinəti, Hacı Məhəmməd Əfəndi Davudinindir. O, daim İlahiyyat elmini araşdıraraq, təbliğ etmiş, ömrünün sonunadək Zaqatala bölgəsində unudulmuş mürciid təlimini təbliğ etmiş və ölərkən işi yarımçıq qalmışdır. Allah onun ruhunu şad etsin”. Məhəmməd Əfəndi də təqva sahibi olduğundan, dini parçalamaqdan qorxmuş və İslamı unudulmuş mürciid təlimi ilə təbliğ etmişdir. Kitabədən də göründüyü kimi, onun ölümündən sonra yolunu davam etdirən olmamışdır. Nəticədə özünü dindar hesab edənlərin bir çoxu günahsız xəlifələri, səhabələri  söyüb təhqir etməklə etdikləri ibadətin, qazandıqları savabların üstündən xətt çəkmiş olurlar. İnsan nə qədər cahil və nadan olmalıdır ki, Peyğəmbərin çevrəsində olmuş, malı və canıyla ona dəstək verərək Allahın və Onun Rəsulunun sevgisin qazanmış hər hansı şəxs barədə nalayiq ifadə işlətsin. Acınacaqlı haldır ki, bu gün məscidlərimizdə belə nadanlar az deyildir. Müəllifdən: Peyğəmbər qızlarının həyatlarını araşdırmağımın qəribə və maraqlı bir taxixçəsi vardır. Belə ki, İmam Museyi Kazım həzrətlərinin qızlarının həyatından bəhs edən “Peyğəmbər nəvələri Azərbaycanda” adlı kitabım işıq üzü görəndə qəribə bir yuxu gördüm. Gördüm ki, müqəddəs şəxslərdən ibarət münsiflər heyyəti əyləşiblər və mənim bu kitabım haqda fikirlərini bildirirlər. Bir neçə müsbət fikirdən sonra münsiflərdən biri soruşdu ki, Peyğəmbərin qızlarını tanıyırsanmı? “Yox” cavabı verəndə məni danlayaraq  dedi sən necə yazı-tədqiqatçısan ki, İmamın qızlarını tanıdığın, təbliğ etdiyin  halda onlardan daha yüksək olan Peyğəmbər qızlarını tanımırsan?! Həmin anda söz verdim ki, mütləq Peyğəmbər qızlarının da həyatlarını araşdırıb, bu barədə yazı yazacam. Yuxarıda tanış olduğunuz yazı da bu vədə əməl etməyimin nəticəsində meydana çıxdı. Allah bizləri peyğəmbərlərin və imamların xeyir-duasından ayırmasın. Amin.Paşa Yaqub – tədqiqatçı-yazıçı Yazarın arxivi: moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler