Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hezret Əli Şah İsmayılın yuxusuna girib dedi ki…

04 Ağustos 2016

2:40 pm


04/08/2016 [18:36]: xeber –
Tarixdən bizə məlumdur ki, Şeyx Cüneyd İslam dinini dirçəltmək və Azərbaycanla Dağıstanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün öz müridləri ilə birlikdə bölgəyə yürüş etdi. 1460 miladi ilində Samur çayının sahilində Şirvanşah I Xəlullahın qoşunları onu şəhid etdilər. Şeyx Cüneyd Həzrə kəndində dəfn edildi. Hazırda onun qəbri bölgənin ən böyük ziyarətgahlarındandır. Qəbri üzərindəki türbəni 1544/45 miladi ilində I Şah Təhmasibin hakimiyyəti dövründə onun vəziri Xacə Fəxrəddin Əhməd Fərəhani oğlu Xacə Ziyaəddin Nizamimülkün oğlu Ağa Məhəmməd tikdirmişdir. Bunu türbənin qapısı üzərinə hörülmüş daş kitabədən bilmək olur. Kitabəni AMEA-nın Etnoqrafiya insititutunun əməkdaşı Məşədixanım Nemətova aşağıdakı kimi tərcümə etmişdir:“Bu mübarək və şərəfli imarəti yüksək sultan, kəramətli və ədalətli xaqan, fars və ərəb hökümdarlarının ağası – Allah onun kölgəsini yerlərdən əskik etməsin – qurunun və suyun qəhrəmanı, dini, dünyanı, xilafəti və səltənəti əzizləyən, Mustafaya (Peyğəmbərə) mənsub olan şəriət qaydalarını yayan, Murtəzəvi təriqətinin əsasını qoyan, minnət və ehsan edən, Allah tərəfindən müvəffəqiyyətlənmiş, ehtiyacsız Allaha təvəkkül edən, Sultan oğlu Sultan Əbülmüzəffər şah Təhmasib əl-Hüseyni Bahadurxanın  – Allah onun hökümranlığını və sultanlığını daimi etsin və hər iki dünyanı onun yaxşı işləri və ehsanı ilə feyzləndirsin, öz qəlbini, biliyini Allaha və bəşər aləminə həsr etməkliyi ilə həzrətlərindən seçsin (məxsus qılsın) – hökümranlığı zamanında səadət və əzizlik sahiblərinin ən fəxrlisi, vahid Allahın rəhmətinə qovuşmuş Xacə Fəxrəddin Əhməd Fərahaninin – yüksək Allah onun şükürlərini, səylərini və yaxşı işlərini qəbul etsin – oğlu, qəbilələrin pənahgahı olan böyük vəzir həzrətləri, Allah rəhmətinə getmiş Ziyaəddin Nizamülmülk oğlu ən yüksək vəzirlərin vəziri, hökümdar və valilərin bəyənilmişi,  xalqın bütün üzvlərinin tədbirçisi, xalqın yaxşı işlərinə zamin olan, əmmamə sahiblərinin xidmətkarı, kəramət sahiblərinin itaət olunmuşu, yaxşı işlər binalarının banisi, ehsan və səy edənlərin çalışqanı, vahid Allahın mehribanlığı ilə seçilmiş əzizlik və vəzirlik fələkinin günəşi Ağa Məhəmməd, kəramət sahiblərinin sultanı, yetişmiş və bəyənilmişlərin rəhbəri, ariflərin rəisi, düz yolla gedənlərin yol göstərəni, təriqət məsləkində vahid yol seçmiş, həqiqət məmləkətlərinin sahibi, öz razılıqları ilə eyni məslək istəyənlərin müridi, kainatın sahibi, öz fazilliyi (biliyi) ilə dövlətli olan Sultan Şeyx Cüneyd Səfəvinin – Allah onun qəbrini nurlandırsın, şəhid olduğu yeri haqq eləsin – qəbri üzərində 951 ilin axırında tikilməsinə müvəffəq olmuşdur”.951=1544/45. Şeyx Cüneyd öz əqidəsi yolunda şəhid olduqdan sonra onun yolunu oğlu Şeyx Heydər davam etdirdi. Şeyx Heydəri dayısı Uzun Həsən tərbiyə etmiş, boya-başa çatdıqdan sonra şeyxliyə layiq görülmüşdür. Şeyx Heydər Azərbaycanın şimal bölgəsində dini təbliğ edərkən şəhid oldu və Xızı rayonunun Tıxlı kəndindən 3-4 km şimali-şərq tərəfdə dəfn edildi.Şeyx Heydərin  qəbri  üzərindəki türbənin farsca yazılmış kitabəsində çox maraqlı tarixi faktlar əks olunmuşdur. Kitabəni etnoqraf Alim M. Nemətova aşağıdakı kimi tərcümə etmişdir:  “Bu böyük məzar Allah yolu ilə gedənin müqəddəs şəhidgahı, həqiqət yolçusunun qəbri, hikmətli Quran dininin həqiqət axtaran şeyxi, Şeyx Sultan Cüneydin oğlu Şeyx Sultan Heydərindir. Şirvan –  Ruman – İran müharibəsində öldürülmüşdür. (Məqbərə) o ildən min otuz birinci ilə kimi xarab vəziyyətdə idi. Etibarlı imam Əmir əl-möminin Əli ibn Əbu Talıb Şeyx Cüneydin oğlu Şeyx Heydərin başına gələn hadisənin doğruluğunu bilib, qəbrin parlaqlığı və möhkəmləndirilməsi üçün həqiqi nökəri Şah İsmayılın yuxusuna  gəlib buyurdu ki, uzun müddət bu bərəkətli, böyük qəbir Şirvan dağlarından bir dağın ortasında gizli qalıb.Fərman verdi ki, onu bu cəfa dolu quyudan və alçaqlıq zülmündən qurtarıb, aşkar edib, qəbir üzərində bina tiksinlər. Mərhəmətlə o Ali və yüksək cavanın dəfn olunduğu dağın ətəyini 50 zər (bir zər 107 sm-dir) eninə çapıb, dərinliyə getdilər. Qədim qəbrin yerini aşkara çıxarıb, ona təzim etdilər. Şah Səfi Bahadur xan əl-Hüseynin hakimiyyəti vaxtında bu qəbir üzərindəki bina yenidən təmir və bərpa olundu. Uzun müddət məlayikələr astanası olan bu dərgahda çoxları şəfa tapdı. Rəcəb ayı min qırx doqquzuncu il tarixdə”.Kitabədə yazılanlardan görünür ki, Şah İsmayıl Xətainin atası olan Şeyx Heydərin qəbri uzun müddət gizli qalmış, sonralar Əli əleyhissəlam İsmayılın yuxusuna girərək, atasının qəbrinin yerini ona agah etmişdir. Şah İsmayıl Şirvana yürüşləri zamanı qəbrin yerini axtarıb tapmış, üzərində türbə tikdirərək, orada Şıxlar kəndini saldırmış və məqbərəni müqəddəs ziyarətgah elan etmişdir. Əsrlər keçdikdən sonra kəndin əhalisi buradan köçsə də, hazırda dağın ətəyində həmin kəndin xarabalıqları qalmışdır. Tarixilik baxımından mühümm əhəmiyyət kəsb edən  Şeyx Heydərin və onun oğlu Şeyx Cüneydin qəbrlərini bölgə əhalisi bu gün həm də müqəddəs ziarətgah kimi yad edirlər.Paşa Yaqub – tədqiqatçı-yazıçıQusar – Xızı – Bakı Yazarın arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler