Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Heyvanlar arasındakı xesteliklerle bağlı – Nazirlikden açıqlama

23 Temmuz 2016

12:08 pm


23/07/2016 [16:07]: xeber –
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, 2016-cı il ərzində respublikada heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparıb və hal-hazırda epizootik vəziyyət sabitdir.Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, rayonlardan mütəmadi olaraq toplanmış məlumatlara və aparılan araşdırmalara əsasən ölkəmizdə heyvanlar arasında dabaq və eləcə də xüsusi təhlükəli xəstəliklərin yayılması müşahidə edilməyib. Həmçinin araşdırmalar zamanı heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərindən ölüm halının olmadığı müəyyən edilib.Respublikamızın bütün bölgələrində olduğu kimi, Bərdə və Goranboy rayonlarında da heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılıb.Araşdırma zamanı hələlik ölmüş heyvanların toplanaraq kolbasa sexlərinə verilməsi barədə DBNX-yə heç bir məlumat daxil olmayıb. Əhalidən xahiş edirik ki, hər hansı bir xəstəlikdən ölmüş heyvanların toplanması və ya tədarükü barədə faktla rastlaşarlarsa, bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (tel: 012-562-76-13) “qaynar xətt”inə məlumat versinlər.Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bir daha bildirir ki, respublikada heyvanlar arasında dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler