Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Heyder Əsedovun baytarlığında ermeni ortaq, nazirin kabinetindevideo qalmaqalı ve…

11 Ekim 2016

7:24 am


11/10/2016 [11:21]: xeber –
Bir neçə gün öncə Kənd Təsərrüfatı
Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti haqda yazılar dərc
etmişdik. Konkret
rüşvət olayın da yer aldığı video  və
faktların yer aldığı həmin yazılarla bağlı cumhuriyyet.az-a açıqlama verən
Müasir Müsavat Partiyasının (MMP)sədri Hafiz Hacıyev daha ciddi ittihamlar səsləndirmişdi:
“Bu gün rayon baytarlıq idarələri ancaq qəssabların başının üstünü kəsib “haq”
yığmaqla məşğuldurlar. Halbuki həmin baytar həkimlər indiyəqədər bir malı
müalicə edib sağalda bilməyib. Sadəcə onlar H.Əsədovun erməni mənşəli bir
insanla müqavilə bağlayıb gətirdiyi dərmanları işə keçirməklə məşğuldurlarlar
ki, həmin dərmanların heç bir təsiri yoxdur. Ona görə də, hazırda ölkəmizin kənd
təsərrüfatı bərbad vəziyyətdədir”.
Mövzu ilə bağlı apardığımız araşdırmalar ilginc faktları üzə çıxarıb. Belə ki,
cumhuriyyet.az olaraq mediada yer alan və rəzmən təkzib olunmayan məlumatlarda
Heydər Əsədovun rəhbərliyi altında erməni əsili şəxsin şirkəti ilə bağlanan müqavilnin
təfərrüatları yer alıb: “Kənd Təsərrüfatı naziri Qor Xeçoyanın «Meqavet» şirkətindən
vaksin alırmış Azərbaycanda bəzi məmurların ermənilərlə, hətta Ermənistanla əlaqələr
qurduğuna dair iddialar hələ xeyli əvvəldən var. Hətta vəzifə başında erməni əsilli
qadınlarla evli olan yüksək çinli məmurların olduğu da deyilir. Lakin indiyə qədər
rəsmi qurumlar bunu təsdiqləmirlər. Hətta isbata gərəyi olmayan halları belə. Kənd
Təsərrüfatı naziri Heydər Əsədovun da düşmən xalqın nümayəndələri ilə sıx əlaqələri
varmış. Belə ki, nazir Azərbaycanda heyvanlar üçün büdcə pulları hesabına alınan
vaksinləri «Meqavet» şirkəti vasitəsi ilə realizə edirmiş. Bu şirkətin offşor şirkətlər
sırasında olduğu isə təsdiqə ehtiyacı olmayan məlumatlardandır. Lakin məsələnin
ilginc tərəfi odur ki, Heydər Əsədovun vaksin aldığı şirkətin başında erməni
dayanırmış. Politika.Az-ın dəqiqləşdirmələrinə görə, nazirin əməkdaşlıq etdiyi «Meqavet»
şirkətinin rəhbəri Qor Rafaeloviç Xeçoyandır. Xeçoyanın Bakıya gəlib-gedən nümayəndəsi
isə gürcüdür. Pata Subzivadze yerli biznesmenlərdən fərqli olaraq, gətirdiyi
mallara görə ƏDV ödəməkdən azad edilib. Səbəb isə «obnaliçka» əməliyyatları üzrə
pulların həcmini daha artırmaqdır. Heydər Əsədovun qaranlıq işləri bununla da
yekunlaşmır. Onun ən etibarlı adamlarından biri olan, hazırda nazirlikdə Kənd Təsərrüfatı
Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini
Abbas Qaracayev isə fermerlərə ayrılmış kreditləri özünküləşdirməyə nail olub.
Belə ki, Qaracayev fermerlər üçün ayrılmış pulları banklara yerləşdirib,
onlardan əmanətçi kimi faizlər alır. Bildirək ki, bununla bağlı əlimizdə ciddi
faktlar var və ortalıqda onun əlyazması olan sənədlər mövcuddur. Həmin sənədlərdə
aşkar şəkildə hansı banklarda nə qədər pulun olduğu, aylıq və illik nə qədər
faizlər alındığı qeyd olunub. Bununla bağlı geniş yazımız olacaq. KTN rəhbəri hətta
Dünya Bankına da kələk gəlməyə başlayıb. Belə ki, bankın layihəsi əsasında ayrılmış
maliyyə vəsaitləriylə REV 1 vaksinləri alınmalıdır. Lakin nazirlik vaksinlərin
satınalması üzrə keçirilən beynəlxalq tenderdə ciddi qanunsuzluqlar edib”.
Ümumiyyətlə bildirək ki, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Dövlət Baytarlıq Nəzarəti
Xidmətində (DBNX) bir türlü sualar durulmur. Bir neçə il əvvəl, hələ İsmət
Abbasov dönəmində Dövlət Baytarlıq Xidmətinin o zamankı rəisi İsmayıl Həsənov vəzifəsindən
uzaqlaşdırılandan sonra hamı düşünürdü ki, nəhayət, bu sistemdə işlər qaydasına
düşəcək. Amma gözləntilər özünü doğrultmadı. Onun yerinə Xanlar rayonunun
Zurnabad kəndində Biokombinatın mudiri isləyən Siyalə Rustəmova DBNX-inə rəis gətirildi.
Ancaq yenə də DBNX-də milyonluq yeyintilər və böyük mübarizələr davam etdi. Ona
görə ki, həm Dövlət Xidmətində, həm də paytaxt Bakıda kifayət qədər savadlı, təcrübəli
mütəxəssislər və alimlər ola-ola nə üçün ucqar rayonda kombinat müdiri işləyən
xanıma belə yüksək vəzifə verilməsi çoxlarında qıcıq yaratdı. Heydər Əsədov Kənd
Təsərrüfatı naziri vəzifəsinə gətirildikdən sonra, o da DBNX-də qayda yaratmağa
qalxdı. Amma Heydər Əsədovun da təyinatı hamını təəssüö içində buraxdı. Ucqar
Zurnabad kəndində kiçik bir idarənin müdiri olaraq çalışan Siyalə Rüstəmovanı vəzifədən
alan Heydər Əsədov onun yerinə yenə Xanlar rayonundan yeni kadr seçdi. Belə ki,
nazir Xanlar rayn Baytarlıq İdarəsinin rəisi Azər Süleymanovu DBNX-inə müvəqqəti
rəis təyin etdi. Siyalə Rüstəmovanı isə Sumqayıt səhər Baytarlıq Idarəsinə rəis
göndərdi. Sentyabr ayının 14-də, yəni təqribən bir ay əvvəl isə Kənd Təsərrüfatı
Nazirliyində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş
nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı idarənin
fəaliyyətiilə dair daxil olmuş şikayətlərlə əlaqədar keçirilən kollegiya iclasında
nazir Siaylə Rüstəmovanı işdən azad etdi. Nazir Heydər Əsədovun bu qərarı hamı üçün
sürpriz oldu. Amma DBNX-nin müvəqqəti rəisi Azər Süleymanov və ona yaxın olan bəzi
şəxslər üçün bu qərar heç də gözlənilməz olmadı. Çünki Siaylə Rüstəmova haqqında
qərar verilməmişdən əvvəl Azər Süleymanovun adamları Sumqaytda videoçəkiliş
aparmış və həmin video Heydər Əsədova təqdim olunmuşdu. Bundan sonra isə
nazirin kabinetində faciə-məzhəkə tamaşası oynanılmışdı. Faciə-məzhəkənin baş
rejissoru isə Azər Süleymanov olmuşdu. Nazirin kabinetində baş verənlərin
detalları və digər məqamlarla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız
araşdırmalar nəticəsində əldə etdiyimiz məlumatları diqqətinizə çatdırırıq:
“Öncəliklə qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
sahibkarların işinə müdaxilələrin qarşısının alınmasına yönəldilmiş tədbirləri,
korrupsiyaya qarşı barışmaz mövqeyi bir çox bu çirkaba bulaşan, “xalqıma xidmət
edirəm”, deyib, hay-küy salan, bəzi məmurların artıq qorxulu yuxusuna çevrilsə
də, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq
Nəzarəti Xidmətində baş verən oxşar olaylar bu qurumun rəisi vəzifəsini icra edən
Azər İdris oğlu Süleymanovun deyəsən gecələr rahat yatmağına heç cür təsir
etmir. Çünki Azər Süleymanov DBNX-nin müvəqqəti rəisi təyin olunduqdan sonra işi-peşəsi
sahibkarlığın işinə mane olmaq və bu yolla sahibkarlardan pul toplamaq olub. Elə
“GOOGLE” axtvarış sistemində Azər Süleymanov yazdıqda da bu açıqca görünür.
DBNX-nin müvəqqəti rəisi olaraq qısa müddət çalışmasına baxmaayraq, Heydər Əsədovun
bu kadrı haqqında “GOOGLE” axtvarış sistemində ortaya çıxan şikayətlər,
korrupsyia faktları ilə bağlı yazılar hər şeyi göstərir.
Elə “GOOGLE” axtvarış sistemində bir neçə dəqiqə Azər Süleymanovu araşdırdıqda
məlum olur ki, bu şəxs DBNX-nin rəisinin müavini, 2015-ci ilin sentyabr ayından
isə rəisin vəzifəsini müvəqqəti icra edən gündən DBNX-inə heyvandarlıq yüklərinin
idxal- ixracına icazə üçün üz tutan sahibkarların qara günü başlayıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 21aprel tarixli 66 nömrəli
qərarı ilə təsdiq edilmiş və baytarlıq nəzarətində olan və Baytarlıq Xidməti tərəfindən
idxal-ixracına icazə verilməsi qaydalarında vacib olan heyvan mənşəli məhsul,
xammal, yem və yem əlavələrinin əsas anlayışı verilib:
-Heyvan mənşəli məhsullar: ət, süd, yumurta bal və s.;
-Heyvan mənşəli məhsul, xammal: gön , dəri, yun, tük, lələk, sümük, buynuz dırnaq,
qida üçün yaramayan sair heyvan mənşəli tullantılar, və baytarlıq konfiskatları;
-Yemlər və yem əlavələri.
Nazirlər Kabinetinin təsdiq etdiyi yuxarıda göstərilən siyahıdan göründüyü
kimi, dövlət baytarlıq nəzarətinə və idxal-ixracına icazə tələb olunan yalnız çiy,
termiki və kimyəvi işləmələrdən keçməyən məhsullar daxildir. Təəssüflər olsun
ki, DBNX-nin işçiləri sahbkarları aldadaraq Azər Süleymanovun “Rüşvət Kisəsinə”
çevirilən Dövlət Baytarlıq Xidmətindən icazə alınmasına zəruriyyət olmayan
konservlədirilmiş, yəni termiki işləmədən keçmiş heyvan mənşəli məhsullar-balıq
konservi, mal əti konservi, quru süd, dondurma, yoqurt, kərə və digər emal
edilmiş yağlar, kolbasa məmulatları, xromlanmış, yəni kimyəvi yolla işlənmiş dərinin
hər bir maşınına rüşvət alırlar. Əvvələr hər maşina görə 100-150 manat rüşvət
alınırdı. Lakin cənab Azər Süleymanov vəzifə başına keçəndən bu “qiymətlər” iki
dəfə artırıldı. Bir iş adamının təkzibolunmaz sübutlarları ilə təqdim etdiyi məlumata
görə baytarlıqda işlədilən bir adda olan antibiotikin ölkəyə idxalı üçün ondan
1000 manat rüşvət alınmışdır. Bu sahibkar isə ölkəyə 5 adda antibiotik idxal
edib ki, Azər bəy ondan müvafiq olaraq 5000 rüşvət alıb.
Bundan başqa, 40 min manatlıq dəyərində gəmiricilərlə mübarizə məqsədilə ölkəyə
idxal olunan preparata şəxsən Azər Süleymanov iş adamından 4000 manat rüşvət alır.
Digər 100 tonlarla idxal olunan məhsulla, dərman maddələrinə də belə faiz hesabı
ilə rüşvətlər alınır.
Xatırladaq ki, cənab Prezident öz çıxışlarında göstərmişdi ki, “…sahibkarların
işinə müdaxilə edən məmurlar xəyanətkardır və mənə hər bir korrubsiyaya qoşulmuş
məmur haqqında xəbər verilsin”, tapşırığına artıq ictimailəşmiş hədəfi göstəririk
– AZƏR İDRİS oğlu SÜLEYMANOV
Məlumat üçün bildiririk ki, bü gün səlahiyyətlərindən kənar olmasına baxmayaraq
Azər Süleymanov rayon, şəhər baytarlıq idarələrinin mütəxəssislərini ərazilərində
fəaliyyət göstərən Şadlıq Evlərinə, həmçinin iaişə obyektlərinə göndərərək, güya
ora gətirilən heyvan ətiləri yerində müayinədən keçirirlər. Bu isə Şadlıq Evlərindən,
həmçinin iaişə obyektlərindən baytarlıq xidməti göstərmək adı altında rüşvət
toplamaq deməkdir və tamamilə qanundankənar prosesdir ki,sahibkarların işinə
bir başa müdaxilə etmək və onların fəaliyyətinə mane olmakq deməkdir.
Bildiririk ki, baytarlıq orqanlarının səlahiyyəti kəsim məntəqələrində satış və
ictimai iaişə obyektlərinə göndərilməzdən əvvəl cəmdəyə baxış keçirərək möhürlə
(damğa) sağlam olmasını təsdiq etdikdən sonra bitir. Bundan sonra Sadlıq Evlərində
və iaşə müəssisələrində istifadə edilən qida məhsullarına dövlət nəzarəti səhiyyə
orqanlarının səlahiyyətinə daxildir.
Baytarlıq Xidməti orqanlarının əməkdaşları qanunla müəyyən olunmamış yerlərdə
heyvandarlıq məhsuıllarının satışı ilə mübarizə etmək funksiyasını daşıdığı
halda, küçələrdə, sanitariya tələblərinə cavab verməyən yerlərdə, heç bir
spesfik müayinə aparılmadan satılan cəmdəklərə möhür vuraraq qanunsuz pullar
toplayırlar. Bu gün şəhərdə qəssaabların hər yerdə küçədə heyvan kəsdiklərinin
hər gün şahidi oluruq və məhz Azər Süleymanovun işçilərinin neqativ fəaliyyəti
nəticəsində Bakıda və Sumqayıtda antisanitar şərait insanların sağlamlığı üçün
ciddi təhlükəyə çevrilir. Bakıda və Sumqayıtda antisanitar şərait ona görə hökm
sürür ki, Azər Süleymanov və işçiləri antisanitar şəraitdən pul qazanırlar və həm
də bu pulun miqdarı hər ay milyonlarla manat olur.
Respublikanın rayon və şəhərlərində fəaliyyət göstərən ət köşklərindən, mağazalarından
hər birindən rüşvətdən kənar ayda minimum 30 manat haqq yığılır. Minlərlə sayı
olan belə obyektlərdən yığılan həmin vəsait texnikası, avadanlığı çatışmayan
baytarlıq idarələrinin, laboratoriyaların maddi-texniki bazalarının möhkəmləndirilməsinə,
əlavə baytarlıq işcilərinin işə cəlb edilməsinə, işçilərin həvəsləndirilməsinə
sərf edilməsi əvəzinə, budcədən kənar vəsait Bakıdakı hesaba köçürülərək Azər Süleymanovun
sərəncamı ilə müxtəlif adlarla oradan çıxarılır. Dövlət Baytarlıq Xidmətinin büdcə
vəsaiti hesabına alınmış xüsusi təyinatlı avtomaşınlar illərdi ki, açıq havada
qalıb çürüməkdədir. Baytar həkimləri isə yerlərdə texnika çatışmazlığından əziyyət
çəkir (bu barədə KİV daima məqalələr gedir). Bu səbəbdən də Baytarlar təsərrüfatlarda
müalicə işlərinə və digər xəstəliklərin qarşısının alınmasına yönəldilmiş
profilaktiki tədbirlərin aparılmasına vaxtında çata bilmirlər. Bu da mal-qaranın
baytarlıq yardımı göstərilməməsi nəticəsində tələf olması səbəbindən vətəndaşın
ailə büdcəsinə iqtisadi zərbə vurur. Bununla bağlı vətəndaşların şikayət məktublarının
ardı-arası kəsilmir.
Azər Süleymanov vəzifəni müvəqqəti icra etməyə başladığı gündən Dövlət Xidmətində
sağlam atmosveri qoruyub saxlamaq, heyvan və insanlar üçün ümumi olan xəstəliklərlə
mübarizə üzrə tədbirlər müəyyənləşdirmək, baytarlıq idarələrinin,
laboratoriyalarının maddi-texniki bazalarını möhkəmləndirmək, Ərzaq Təhlükəsizliyi
istiqamətində imzlanmış Dövlət Proqramında icrası nəzərdə tutulmuş baytarlq
orqanların üzərinə düşən vəzifələri yerinə yetirilməsinə yönəldilmiş tədbirlər
hazırlamağı təşkil etmək əvəzinə, korrubsiya, işçi ilə işəgötürən arasında
intiriqalara, qaunsuz özünə yaxın adamlarını işə qəbul etmək, təhsili və
diplomunun həqiqiliyi şübhəli olan işçini vəzifədə irəli çəkmək, beləliklə dövlət
qulluqçularını narazı salmaqla məşğuldur. Nəzarəti əldən verərək intiriqalarla
məşğul olduğuna görə də bu yaxınlarda bir neçə rayonda insanlar yoluxucu xəstəlik
olan “Sibir Xorası” ilə xəstələnmiş, heyvanın məhsulu ilə keçən bruselyoz xəstəlyiindən
vətəndaşlarımız əziyyət çəkir. Bu xəstəliklər isə nazirliyin rəhbərliyindən
gizlədilir.
Bir sıra peşəkar mütəxəssislər Azər Süleymanovun özbaşınalığından qanunsuz hərəkətlərindən
aidiyyəti üzrə şikayət məktubu ilə müraciət etsələr də, araşdırmaq üçün Kənd Təsərrüfatı
Nazirliyinə göndərilən şikayət xarakterli müraciətlərə nazirlikdə başdansovdu
baxılır və öz maraqlarına uyğun cavablar verilir. Azər Süleymanovun qanunsuz hərəkətlərindən
müxtəlf səlahiyyətli dövlət qurumlarından kənd təsərrüfatı nazirliyinin rəhbərliyinə
şikayətlər daxil olmaqdadır. Lakin nazirlik şikayət məktublarına baxılması üçün
məktubları Azər Süleymanova göndərir. Aydındır ki, Azər müəllim də özünün
maraqlarına uyğun, məktubda adları göstərilən şəxslərdən öz xeyrinə izahatlar
aldırır və cavab məktubunda düzgün olmayan məlumatlar verir, güya Dövlət
Baytarlıq Xidmətində hər şey saat kimi tıkır-tıkır işləyir və korrupsiya filan
yoxdur”.
Qeyd edək ki, Kənd Təsərrüfatı naziri Heydər Əsədovun kabinetində baş verən
video qalmaqalı ilə bağlı ətraflı ikinci yazımızda ətraflı məlumat verəcəyik.
Bizi izləməkdə davam edin.
Yazıda adı keçən şəxslərin mövqeyini işıqlandırmağa
hazırıq.

 

Cumhuriyyet.az

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler