Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Heyder Əsedov heç rayonlarımızın yerini tanımır”

30 Temmuz 2016

9:36 am


30/07/2016 [13:35]: xeber –
Xəbər verdiyimiz kimi bu gün ölkədə çörəyin qiymətində bahalaşma baş verib. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sayt -a açıqlamasında bildirdi ki, qiymətləri bilərəkdən qaldırırlar:“Mən dəfələrlə ölkədə prezidentə xəyanətin olduğunu demişəm. Bu gün Azəbaycanda kənd təsərüfatı ölü vəziyyətdədir. Mənə səhərdən etibarən yüzlərlə zəng gəlib. İnsanlar çörəyin bahalaşmasından çox narazıdır. İqtidar üzvlərinin 60-70 faizi yerində olmayan insanlardır. Bunlar yalan danışırlar. Bu məmurlar yalnız öz var-dövlətini artırmağı düşünürlər. Görürsünüzmü milləti necə prezidentin üzərinə qaldırırlar? Xalqın canı boğazına yığılıb. Suyu, işığı qaldırırlar, indi də çörəyi qaldırdılar. Heydər Əsədov deyir ki, Azərbaycan artıq özünü taxılla təmin edir. Edirsə niyə çörəyin qitməri bu gün bahalaşır? Xaricdən alınan taxıl dollarla alınır sahibkar da məcburdu dollar qalxdıqca çörəyin qiymətini qaldıra. Ölkədə çayların kənarında minlərlə hektar boş ərazilər var. Həmin ərazilərdə taxıl əkmək elə çətin proses də deyil. Amma Heydər Əsədov və onun kimilər bu gün kabinetdən çıxmır. Heydər Əsədov heç rayonlarımızın yerini tanımır. Heydər Əsədovun Həsən Əliyev küçəsində olan villasının dəyəri 10 milyondur. Onun bir neçə belə villası var. Amma aldığı maaş 1750 AZN-dir. Bu adamdan niyə soruşmurlar ki, sən bu villaları hansı pula almısan?Prezident Aparatının Kənd Təsərüfatı şöbəsinin müdiri Heydər Əsədovun əməlləri barədə prezidentə düzgün məlumat çatdırmalıdı. İnsanları çörəklə sınağa çəkirlər. Millət qalxacaq prezidentin ətrafındakılar qaçıb gedəcək. Amma qardaşımın arxasında yenə də mən dayanacam. Heydər Əsədov və onun “podelniki” Ziya Məmmədov bilir ki, onların əməllərinin üstü açılır. Bu iki şəxs tezliklə qandallana bilərlər. Buna görə də onlar çalışırlar ki, xalqı prezidentdən narzı salıb insanları küçələrə çıxarsınlar.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler