Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Heyder Əliyevle bağlı mehkeme prosesine vekil kimi qatılmışam”

26 Eylül 2016

10:56 am


26/09/2016 [14:53]: xeber –
Mərhum prezident Əbülfəz Elçibəyin Heydər Əliyevlə bağlı səsləndirdiyi
fikirlər səbəbi ilə Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə verilməsi və həmin məhəmə
prosesi zamanı Heydər Əliyevin vəkilləri qismində kimlərin iştirak etməsi sabiq
millət vəkili Siyavuş Novruzovla Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq
rəhbəri Eldar Sabiroğlu arasında mübahisə predmetinə çevrilib.

Həmin məhkəmə prosesində mərhum prezident Heydər Əliyev tərəfindən
ictimai nümayəndə kimi məhkəməyə qatıldığını bildirən E.Sabiroğlu, məhkəmə
prosesi zamanı çıxış etdiyini, buna görə Ə.Elçibəy tərəfindən irad və xəbərdarlıqla
üzləşdiyini bildirib. Bundan başqa, E.Sabiroğlu S.Novruzovun söylədiyinin əksinə
olaraq, Kərim Kərimov və Vaqif Şadlinskinin bu prosesdə vəkil kimi deyil,
ictimai nümayəndə kimi qatıldığını bildirib.

sayt bu məsələyə aydınlıq gətirmək məqsədi ilə V.Şadlinskiyə
müraciət edib. Saytımıza açıqlama verən V.Şadlinski məhkəmə prosesinə vəkil
kimi qatıldığını, habelə E.Sabiroğlunu keçirilən dörd məhkəmə prosesinin heç
birində görmədiyini vurğulayıb:

“Mən seçkilər zamanı mərhum prezident, ümummilli liderimiz Heydər
Əliyevin vəkili olmuşam. Bununla bağlı əlimdə müvafiq sənəd də var. O vaxt Azərbaycanda
Ziyalılar Cəmiyyəti var idi. Mən Ziyalılar Cəmiyyətində mən I müavin idim. Bu cəmiyyətin
sədri məktubla məni H.Əliyevin məhkəmə prosesinə iddiaçının vəkili kimi göndərib.
Bu məktub da məndə var.

Mən Fuad Ələsgərovun qəbulunda oldum. Fuad müəllimdən nə baş
verdiyini soruşdum. O isə bildirdi ki, Ə.Elçibəy iddia edib ki, guya PKK-nı
H.Əliyev formalaşdırıb. Ədliyyə Nazirliyi də prezidentin qarantı olduğu üçün
Ə.Elçibəyi məhkəməyə verib.

O vaxt “İnturist”in yuxarısında Bakı Ali Məhkəməsi var idi. Biz ora
getdik. Səhv etmirəmsə,  hakim Ramiz Tağıyev
idi. Mən orda Siyavuş Novruzovu gördüm. Ağalar Abbasbəyli də mənimlə getmişdi.
Səhiyyə Nazirliyinin Nərimanov rayon səhiyyə şöbəsinin müdiri olan bir xanım da
orda idi. Biz vəkil kimi hakimin ətrafında əyləşdik. Bir nəfər də var idi, onu
tanımadım.

Məhkəmə zamanı çöldə Flora Kərimovanın başçılığı ilə bir dəstə
dayanmışdı. Təhqiredici şüarlar səsləndirir, Ağabəy müəllimi təhqir edirdilər.
Bizim barəmidə təhqiredici sözlər söyləyirdilər.

Əbülfəz Elçibəy də məhkəmə prosesində öz yaxın adamları ilə iştirak
edirdi. Indiki millət vəkili Fazil Mustafa da orda idi. Ə.Elçibəyin cangüdəni də
orda idi, hansı ki, onu daxili işlər nazirliyində müavin vəzifəsinə aparmışdı.

Məhkəmə prosesində S.Novruzov iştirak edirdi. Lakin mən orda
E.Sabiroğlunu görmədim. Dörd dəfə o məhkəmədə olduq. Lakin orada E.Sabirolunu
görmədim, o, bu məhkəmələrdə olmayıb.

Məhkəmə zamanı Ə.Elçibəyin vəkilləri bildirdilər ki, dünyada analoqu
olmayan məhkəmə gedir. Yeni prezident köhnə prezidenti məhkəməyə verib. Mən isə
çıxışım zamanı bildirdim ki, siz düz danışmırsınız. Çünki vaxtiylə Ə.Elçibəyin
öz sərəncamı ilə Ədliyyə Nazirliyi prezidentin qarantı təyin olunub. Ədliyyə
Nazirliyinin isə borcudur ki, prezident təhqir olunarsa, onun qarantı kimi həmin
şəxsi məhkəməyə versin.

4 məhkəmə prosesi oldu. Sonra isə məhkəmə təxirə salındı. Heydər
Əliyev o vaxt Türkiyədə idi. Xəstə olduğu üçün müalicə alırdı. H.Əliyev Türkiyədən
qayıdandan sonra Ə.Elçibəyi bağışladı və beləliklə də məhkəmə ləğv edildi”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler