Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Heyder Əliyeve xeyanet eden insanlar indi yüksek vezife tuturlar”

19 Ekim 2016

8:48 am


19/10/2016 [12:47]: xeber –
Bu gün Azərbaycan dövlət müstəqiliyinin bərpasının 25 illiyini bayram edir. XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Azərbaycan Respublikasının Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Bəs görəsən ötən 25 ildə Azərbaycanın qazancı və itkiləri nə oldu? Bu gün sözün həqiqi mənasında Azərbaycan müstəqil dövlətdirmi?Azərbaycanın müstəqillik qazandığı dönəmdən başlayaraq ölkənin qazanc və itkiləri ilə bağlı fikirlərini bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bunları deyib: “Ötən 25 il ərzində Azərbaycanın qazandığı müstəqillik bizim üçün əbədidir. Biz bu müstəqilliyin qorunmasında xüsusi xidmətləri olan insanlarıq. Biz bu hadisələrdə iştirak etmişik və müstəqilliyin əldə edilməsi üçn çox böyük əziyyətlər çəkmişik. Mən fəxr edirəm ki, Azərbaycan müstəqilliyinin yaradılmasında mənim də xidmətlərim olub. Bu ötən 25 ildə qazandığımız uğur müstəqilliyimizin hələ də ayaqüstə qalmasıdır. Müstəqilliyimiz dövründə Azərbaycanın inkişafı uğurla davam etdirilib. Heydər Əlieyvin sayəsində müstəqilliyimizi o dövrdəki təhlükələrdən qoruya bilmişik. Azərbaycan müstəqilliyinin əleyhinə gedən insanlar müstəqillik əldə ediləndən sonra çox böyük var-dövlət sahibi oldular. Həmin ərəfədə elə insanlar var idi ki, Azərbaycan dövlət müstəqilliyinin əleyhinə səs verirdilər. Ancaq indi onlar hakimiyyətdə çox yüksək vəzifədədirlər. Heydər Əliyevə xəyanət edən insanların hamısı indi yüksək vəzifə tuturlar. Azərbaycanın müstəqilliyi üçün əzab çəkən insanlar isə əziyyət içində yaşayırlar. Bu 25 il ərzində Azərbaycandakı dostla düşmən üzə çıxdı. Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişində çox böyük bizim üçün əbədidir. Çabalar göstərmişəm. Moskvada heç kəs qorxudan Heydər Əliyevin yanına getmədiyi halda mən yanına getmişəm. Mən birmənalı şəkildə düz eləmişəm. Azərbaycan xalqının müstəqilliyinin qorunmasında bu xidmətləri göstərmişəm. Ancaq Heydər Əliyevin Azərbaycana qayıdışına əngəl törədənlər bu gün nazirdir, Milli Məclisdə Komitə sədridir. Lakin bunlara baxmayaraq, müstəqillik bizim üçün əbədidir. Müstəqilliyimizin qorunub saxlanmasında bundan sonra da canımızdan keçməliyik.Ötən 25 ildə itkilərimiz də oldu. Biz Dağlıq Qarabağı itirmişik. Düşünürəm ki, yaxın zamanlarda biz öz iradəmizlə torpaqlarımızı azad edəcəyik. Sonrakı müstəqillik illərimizdə Xankəndi paytaxt edib, orada öz müstəqilliyimizi qeyd edəcəyik. Sadəcə bir nüansa çox təəssüf edirəm ki, Azərbaycan xalqına xəyanət edən insanlar indiki hakimiyyətdə yüksək vəzifədədilər. Bu gün Azərbaycan tam müstəqil dövlətdir. Azərbaycan dünyaya inteqrasiya olunmuş və öz sözünü deyən bir dövlətdir. Müstəqil olduğuna görə bu gün xaricdən Azərbaycana yüksək təzyiqlər var. Buna görə də biz bir olmalıyıq”.(mia.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler