Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Heyder Əliyev rus keşfiyyatını bele aldatmışdı

20 Eylül 2016

11:48 am


20/09/2016 [15:45]: xeber –
Bu gün Əsrin Müqaviləsinin imzalanmasının 22-ci ili tamam olur. 1994-cü ildə imzalanan müqavilə sonradan Azərbaycanın yeni inkişaf mərhələsinin əsas təməli oldu. Məhz bu razılaşmadan sonra Azərbaycana külli miqdarda investisiyalar yatırıldı, ölkə isə beynəlxalq aləmdə tanınmağa başlandı. sayt xəbər verir ki, Axar.az mövzunun aktuallığını nəzərə alaraq 2014-cü ildə bu müqavilənin hazırlanmasında iştirak edən mərhum politoloq, Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadənin Əsrin Müqaviləsinin 20 illik yubileyi ilə bağlı saytımıza verdiyi açıqlamanı yenidən oxuculara təqdim edir: Müqavilənin effekti nüvə bombasının partlayışına oxşadı Sovet İttifaqı hələ çökməmişdən əvvəl Amerikanın neft şirkətləri Azərbaycana maraq göstərirdilər. Bunlardan bəziləri 80-ci illərin axırlarında Azərbaycana gəlmişdilər. O zaman “Azneft”də görüşlər keçirmişdilər. Onlar bilirdilər ki, bu region neftlə zəngindir. Sovet İttifaqı çökəndən sonra neft şirkətlərinin Bakıya səfəri daha müntəzəm xarakter almağa başladı. Azərbaycanla Ermənistan arasında müharibənin başlanmasına baxmayaraq, neft şirkətləri hər zaman risk edib ən gərgin regionlara gedirdi. Sözsüz ki, onlar Elçibəy dövründə də Azərbaycana böyük maraq göstərirdilər. Elçibəy dövründə də xarici kompaniyalarla Azərbaycan Neft Şirkəti arasında danışıqlar gedirdi. Mən anlayırdım ki, bu neft kontraktlarının əhəmiyyəti böyükdür. Amma görünür, o zaman Elçibəy və onun ətrafındakılar bunu yaxşı dərk etməmişdilər. Bundan əlavə isə təcrübə və risk məsələsi yox idi. O zaman mən Elçibəyə təklif etdim ki, neft kontraktlarını imzalasın. Biz onun kabinetində söhbət edirdik. O isə mənim yanımda telefonu götürdü və Neft Şirkətinin prezidenti Sabit Bağırova zəng vurdu. Sabit Bağırov isə dedi ki, neft kontraktları hazır deyil və onun üzərində iş getməlidir. Mən onda ”nə vəziyyətdədirsə, fərqi yoxdur, yenə də qol çək” dedim. O isə bununla razılaşmadı. Beləliklə, məsələ bağlandı. Bunu ilk dəfə sizə deyirəm O zaman balaca bir Amerika şirkəti var idi. Onlar Bakıya gəlib Elçibəydən xahiş etmişdilər ki, Xəzərdəki Kəpəz (Türkmənistan buranı Sərdar adlandırır) yatağını onlara işləmək üçün versinlər. Onlar təklif etmişdilər ki, kiçik bir kontrakt bağlasınlar. Amma bu təklif rədd olundu. Əgər o zaman bu şirkətlə müqavilə imzalansaydı, bu yataq uzun müddət türkmənlərin heç yadına da düşməyəcəkdi. Biz rahat şəkildə orada işləməyə başlayardıq və burada heç mübahisə də olmazdı. Hətta bu mübahisə başlasaydı belə çox asanlıqla həll olunardı. Məhz Heydər Əliyevin sayəsində… “Heydər Əliyevin böyük siyasi təcrübəsi var idi. O, hakimiyyətə gələn kimi bu neft kontraktları üzərində gecə-gündüz iş getməyə başladı. İş sürətləndirildi. Mayda biz atəşkəs müqaviləsinin imzalanmasına nail olduq. Üç ay sonra gözlənilmədən Qərb şirkətləri Azərbaycana təşrif buyurdu və təntənəli surətdə bu müqavilə imzalandı. Bu, Rusiya üçün tam gözlənilməz idi. Çünki Rusiya bilirdi ki, Neft Şirkəti bu kontraktları imzalamağa hazır deyil. Onların ARDNŞ-də informatorları var idi və onlar xəbər verirdilər ki, hələ heç bir şey hazır deyil. Amma hazır olmayan o kontraktlara Heydər Əliyev imza atdı. Sonralar bu müqavilələrin üzərində iş davam etdi. Amma onun siyasi effekti nüvə bombasının partlayışına oxşadı. Çünki birdən-birə Azərbaycan kimi balaca bir ölkə Amerikanın maraq dairəsinə düşdü. Bundan sonra Rusiya özünü itirdi. Sabahısı gün Rusiyanın Xarici İşlər Nazirliyi bəyanat verdi ki, Xəzərin statusu hələ təyin olunmayıb və burada iş aparıla bilməz. Amma bunu amerikalılar qulaq ardına vurub dərhal işə başladılar. Azərbaycanın statusu bu müqavilədən sonra dəyişdi. Biz birdən-birə dünyanın qabaqcıl ölkələri üçün strateji maraq dairəsinə düşdük. Biz müqaviləni imzaladıqdan sonra avtomatik olaraq bu ölkələrin himayəsinə, dəstəyinə nail olduq”. Rus kəşfiyyatı vaxtı öyrənməyə çalışırdı O zaman heç kəs düşünmürdü ki, sentyabrın 20-də kontraktlar imzalanacaq. Rusiyanın Azərbaycanda kəşfiyyatı çox güclü idi. Amma kəşfiyyat da dəqiq deyə bilmədi ki, bu neft kontraktları imzalanacaq, ya yox. Bu da bizim böyük uğurumuz oldu. Çünki onlar bunu bilsəydilər, özlərinə məxsus müxtəlif metodlarla prosesi dağıdardılar. Mənim yadımdadır, neft müqavilələri imzalanan zaman Vladimir Kazimirov da dəvət olunmuşdu. Kazimirovu həmin tədbirdə mən müşayiət edirdim. Nahar yeməyi zamanı gördüm Kazimirov narahatdır. Neft kontraktlarının imzalanması onun üçün böyük ağrı olmuşdu. Mən də zarafatla ona bir böyük stəkan araq süzüb rahat olmasını dedim. O da üzünü turşudub birdən-birə bu arağı başına çəkdi. Kefi çox pis idi. Rusiya Yeltsin dövründə bərbad vəziyyətdə idi. Ölkədə anarxiya hökm sürürdü. Rusiya təyyarələri uçmurdu. Çünki yanacağın hamısını parçalayıb satırdılar. Bəlkə də başqa zaman olsaydı, Moskva nəsə edərdi, amma xoşbəxtlikdən onların vəziyyəti ağır idi. Ona görə də heç nə edə bilmədilər”. Mənim də kiçik rolum olub Bu müqavilənin imzalanmasında mənim də kiçik rolum olub. Xatırlayıram ki, bu şirkət rəhbərlərini dəfələrlə qəbul etmişəm. Məhz onlar üçün mən siyasi məsləhətçi olmuşam. Onlar hər məsələyə görə mənə zəng edirdilər. Mən BP-nin məşhur prezidenti Con Brauna dəfələrlə məsləhət vermişəm. Bütün neft şirkətlərini Azərbaycanla əməkdaşlığa yönəldir və deyirdim ki, Heydər Əliyevin hakimiyyəti möhkəmdir. Onda müxtəlif şayiələr gəzirdi ki, dövlət çevrilişi cəhdləri olacaq. Onlarda panika olurdu və həmin anda dörd-beşi birdən-birə mənim kabinetimə gəlirdi. Mən də deyirdim ki, narahat olmayın, Heydər Əliyev bunu “dəmir əllə” qaydaya salacaq. Mən sevinirəm ki, bu kontraktların imzalanmasında azacıq da olsa zəhmətim var. Qeyd edək ki, 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə  bağlandı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli”  yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdi. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler