Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Heyder Əliyev kişilik ve merdlik mücessemesi idi…

27 Temmuz 2016

1:48 pm


27/07/2016 [17:46]: xeber –
O, haqqın dərgahındadır və
bu sözləri də nə yaltaqcasına, nə də onunçün əziz olan insanlara xoş gəlsin deyə
söyləmirəm. Həqiqət belədir. Böyük Öndər dostuna dost idi, düşməninə isə heç
zaman arxadan zərbə vurmazdı. Mərdlyi, kişiliyi də məhz bununla bağlı idi. Ən
ağır dəqiqələrində belə, müvazinətini itirməyən Heydər Əliyev  heç bir vaxt gizlinlər örtüynə bürünməmişdi,
nə etmişdisə, açıq etmiş, ona qarşı çıxana da mərdi-mərdanə mübarizə aparmışdı.
Ona görə də qaranlıqlar tarixin heç bir dönəmində ona qalib gələ bilməyib. Ucu
görünməyən tunellərə düşsə də yenə gedib, irəliləyib, qorxmayıb. Bilib ki, son
yenə də işıqlıqdır. Uca Rəbbimiz həmişə onu belə xilas edib…

…Bu sözləri Azərbaycan
xanımına, qadınına xas olan bütün keyfiyyətləri özündə daşıyan Ulduz Məcidovanın
bir müsahibəsinin təsiri altında qeyd edirəm. O məqam nə idi? Bu məğrur qadın
qardaşı İsgəndəri həbsxanadan azad etdirmək üçün Prezident Aparatının önündə
yağışın-yağmurun altında dayanaraq Heydər Əliyevdən imdad diləyir. Lakin qəbula
düşə bilmir, dərdini xalq şairi Bəxtiyar Vahabzadəyə söyləyərək rica edir ki,
Prezident Heydər Əliyevə qəbul barədə onun fikrini çatdırsın. Bir neçə gündən
sonra  xalq şairindən Ulduz xanıma cavab
gəlir: “ Prezidentlə görüşdüm, ona sənin istəyni çatdırdım. Lakin Heydər
Əliyevin fikri belə oldu ki, o qadına xüsusi hörmətim var,  “nur kündəsi”dir, əgər onu  qəbul etsəm, buradan naümid buraxa bilmərəm,
İsgəndəri gərək azad edəm…” 

Sözün bitdiyi
yer…Ardını gətirib,   mənzərəni ifadə
etməyə gücüm çatmadı…

 

Eldar Sabiroğlu

     

 

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler