Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Heyder Əliyev Fondu uşaqlar üçün Qebelede istirahet proqramı teşkil edib

26 Ağustos 2016

5:24 pm


26/08/2016 [21:22]: xeber –
Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum uşaqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və təhsildə fərqlənən bir qrup şagird üçün avqustun 26-da Qəbələdə istirahət proqramı təşkil edib. Heydər Əliyev Fondundan verilən məlumata görə, proqram Bakı, Şəki və Qəbələ şəhərlərindəki müxtəlif körpələr və uşaq evləri, internat məktəbləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən uşaq və yeniyetməni əhatə edib. Qəbələ aeroportunda balacaların sevimli qəhrəmanları əllərində rəngarəng şarlarla onları qarşılayıblar. Dostları ilə birlikdə yay istirahətini keçirməyin sevincini yaşayan uşaqlar Qəbələdə onlar üçün ayrılmış xüsusi avtobuslarla əyləncə məkanına yola düşüblər. “Qəbələnd” Əyləncə Mərkəzinə gələn uşaqların istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün xüsusi proqram hazırlanmışdı. “Tufandağ” Qış-Yay İstirahət Kompleksində isə uşaqları kanat xətti ilə gəzinti gözləyirdi. 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların təlim və tərbiyəsi istiqamətində, eləcə də ölkəmizdə təhsil və sosial sahələrdə çoxsaylı tədbirlər reallaşdırıb. Fond “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində ölkəmizdə 30-dan çox uşaq evi və internat məktəbinin yenidən qurulmasını və əsaslı təmirini həyata keçirib. Ən əsası isə Heydər Əliyev Fondu valideyn qayğısından məhrum olan körpələri və uşaqları əsl ailə qayğısı ilə əhatə edib. Reallaşdırılan layihələrlə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva daim körpələr və uşaq evlərində, internat məktəblərində olur, onların gündəlik qayğıları ilə maraqlanırlar. Artıq bir ailə sevgisi ilə əhatələnən bu körpələr və yeniyetmələr istər bayramları, tətil günlərini, istərsə də asudə vaxtlarını beləcə Fondun nümayəndələri ilə birlikdə keçirirlər. Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində dövlətin təhsil sahəsindəki layihələri və islahatlarına dəstək olaraq müxtəlif tədbirlər həyata keçirir, müasir standartlara cavab verən təhsil kompleksləri yaradır, tədrisin yüksəldilməsi istiqamətində proqramlar reallaşdırır. Qəbələdə təşkil olunan istirahət proqramında təhsildə fərqlənən şagirdlərin iştirakı həm də bu sahədəki tədbirlərin bir davamı idi. Heydər Əliyev Fondu, həmçinin xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə tamhüquqlu vətəndaş kimi inteqrasiyasına yönəlik proqramlar reallaşdırır. Bu baxımdan Fondun dəstəyi ilə inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində təşkil edilən sosialyönümlü tədbirləri nümunə göstərmək olar. Qəbələdə tərtib olunan istirahət proqramı isə uşaqların yaddaşına daha bir xoş gün kimi yazıldı. Uşaqlar bu günün təəssüratını həm də onlar üçün təşkil olunan nahar süfrəsində bir-biri ilə maraqlı söhbətlər əsnasında paylaşdılar. Proqram çərçivəsində uşaqlar nağıl qəhrəmanları, şən klounların əhatəsində oynayır, rəqs edir, viktorinalarda yarışırdılar. Səfər zamanı gözəl istirahət günündən xatirə olaraq uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri verilib. Daha sonra Azərbaycanın səfalı məkanlarından olan Qəbələnin gözəl mənzərələrindən birinə – Nohurgölə səfər edilib. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler