Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Heyder Əliyev adına mektebde Bilik Günü…- FOTO

06 Eylül 2016

5:24 pm


06/09/2016 [21:22]: xeber –
Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk şöbəsinin aktivistləri Heydər Əliyevin adını daşıyan 78 nömrəli məktəbin şagird və müəllim heyyətini bilik günü münasibəti ilə təbrik edib. Bir sentyabr bilik gününə həsr olunmuş tədbir 78 nömrəli məktəbin idman zalında baş tutdu. Şagirdlər və müəllimlər bir-biriləri üçün darıxdığı hiss olunmaqdaydı. Şagirdlərin azərbaycanlı dostları da bu bayramda yaxından iştirak edirdilər. Onlar əllərində yüzlərlə hədiyyə gələrək ehtiyacı olan şagirdlərə öz hədiyyələrini təqdim edirdilər. Tədbirdə Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk şöbəsinin rəhbəri İslam Hüseynov da iştirak edirdi. O, çıxış edərək tədbirə toplaşanlara öz ürək sözlərini çatdırdı:“Hörmətli müəllimlər! Əziz uşaqlar! Sizi yeni dərs ilinin başlaması münasibəti ilə təbrik edirəm! Biz Ümumruusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk şöbəsinin üzvləri hər zaman 78 nömrəli məktəbin uğurları ilə fəxr etmişik. Bu gün parta arxasına oturacaq hər bir şagirdə uğur müvəfəqiyyət, şagirlərin yaxınları və müəllimlərə isə səbr iradə arzu edirəm. Mən həm də sizə Heydər Əliyev fondunun və onun rəhbəri Mehriban Əliyevanın təbriklərini çatdırmaq istərdim. Onlar bu möhtəşəm məktəbin bütün uğurlarını seyr edib sevinirlər və ümid edirlər ki, yeni dərs iliniz də uğurlu və xoşbəxt olacaq. Xatırladım ki, 2010-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Ulyanovsk şəhərinin ən böyük humanitar proyektlərindən biri həyata keçirilib. 78 nömrəli məktəb əsaslı təmir olunub. Məktəbdə Azərbaycanın mədəniyyəti və tarixi haqda məlumat verən muzey və “Azərbaycan dilli” bazar günü məktəbi yaradılıb. Ötən il isə bu məktəbə Heydər Əliyevin adı verilib.” “ Əziz uşaqlar biz bütün qəlbimizdən sizi təbrik edirik.” Deyə Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk şöbəsinin aktivisti Əli Qarayev deyib. Böyüyün, yaxşı oxuyun ağıllı və ürəyi açıq olun.” -deyə o fikirlərini tamamlayıb.78 nömrəli məktəbin direktoru Genadi Çarev də öz növbəsində Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk şöbəsinin nümayəndələrini salamlayaraq xoş sözlərə və hədiyyələrə görə, onlara minnətdarlıq etdi: “ Mən məktəbimizin belə gözəl dostları olduğuna görə çox şadam. Mən əminəm ki, irəlidə bizim birgə çoxlu xeyirli işlərimiz olacaq. Bu işlər Ulyanovskun inkişafına öz töhvəsini verəcək.”Tədbirin sonunda Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk şöbəsinin nümayəndələri və məktəblilər İslam Hüseynovun rəhbərliyi ilə Heydər Əliyevin bu şəhərdəki heykəlinin önünü gedərək, ora tər çiçəklər qoyublar.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler