Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Heyatımda itirdiyim iki adama göre tek qalmışam…”

26 Haziran 2016

6:16 pm


26/06/2016 [22:14]: xeber –
sayt -ın əməkdaşı “Qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini qələmə alıb. Bu dəfə sizə Türkanın (adı şərtidir) həyat hekayəsindən bəhs edəcəyik.Onu çoxdan tanıyıram: uzaq qohumumuzdu. İndi onun təkliyinə görə hamı narahatdı. İşdə də hərdən fikir elədiyinə görə özündən gedir. Yenidən ailə qurmağı isə uşağına görə qəbul edə bilmir. Gəlin hər şeyi Türkanın öz dilindən eşidək:“Rusiyaya gedib işləmək istəyirəm…”“Evləndiyim adam elə rayondan öz yerlimiz idi. Amma, o da bizim kimi çoxdan idi ki, Bakıda yaşayırdı. Bir oğlumuz dünyaya gələndən sonra dedi ki: “Rusiyaya gedib işləmək istəyirəm”. Buna razılıq verməsəm də, yolundan döndərmək mümkün olmadı. Getdi və elə o gedən – bu gedən indiyə kimi geri qayıtmayıb. Bir çoxları onun orada ailəli olduğunu deyirlər.“Bir gün oğlum dərsə gedəndə pilləkəndən düşərkən yıxıldı…”Körpəmlə bir az qaynanamgildə qaldım. Sonra gördüm ki, o qayıdan deyil məhkəməyə verib boşandım. Atamgilə qayıdanda sonra atam imkanlı olduğuna görə mənə iki otaqlı ev verdi. Uşağımla orda yaşamalı olduq. Oğlum böyüdü və orta məktəbin birinci sinifinə getdi. Evimiz binanın beşinci mərtəbəsində yerləşirdi. Bir gün oğlum dərsə gedəndə pilləkəndən düşərkən yıxıldı.“Amma bu da qismət olmadı…”Tez onu xəstəxanaya çatdırdıq. Həkimlər əməliyyat elədilər. Amma, bir gün sonra oğlum xəstəxanada dünyasını dəyişdi. Sən demə daxildən uşaqda qan axma baş verib. Ondan bu yana özümə gələ bilmirəm. Dörd il ötür o günlərdən, amma mənim üçün ötən hər gün ağlamaqla keçir. Həyat yoldaşımın Rusiyaya getməsini elə də vecimə almırdım. Deyirdim ki, oğlum var baş – başa verib ana – bala yaşayacağıq. Amma bu da qismət olmadı.İndi qardaşımın bir oğlu dünyaya gəlib. Onunla başımı qatıram. Ailə də qurmaq istəmirəm. Doğrusu istəyənlər var. Elə bilirəm ki, ailə qursam oğlumun ruhu inciyər. İndi mən həyatımda itirdiyim iki adama görə tək qalmışam”.Vasif Əlihüseyn




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler