Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Heyat yoldaşının evezine ders keçen nazir – FOTO

19 Eylül 2016

12:00 pm


19/09/2016 [15:59]: xeber –
sayt Türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin baş naziri Binali Yıldırım Ərzincanda təşkil edilən yeni təhsil-tədris ilinin açılış mərasimindəki çıxışı zamanı dinləyənləri gülüşə qərq edib. Belə ki, baş nazir həyat yoldaşı Semiha xanımın iptidai sinif müəllimi olduğunu və onun əvəzinə dərs keçdiyini bildirib. Baş nazir həmin hadisəni belə nəql edib: “Müəllimlik çox müqəddəs və çətin bir vəzifədir. Həyat yoldaşım Semiha xanım ibtidai sinif müəlliməmidir. Onun müəllimlik etdiyi dövrdə uzun dəftərlər vardı və həmin plan dəftərlərinə qarışqa kimi yazılar yazırdılar. Bəzən yazıb bitirə bilmirdi və mənə deyirdi ki, sən də yaz. Mən də o zaman kömək edirdim. Günlərin birində Semiha xanım xəstələndi və məktəbə gedə bilmədi. Ona dedim ki, məktəbə özüm gedəcəyəm və dediyim kimi də etdim, onun əvəzinə məkəbə getdim. O zaman mən texniki universitetdə oxuyurdum. Sinifə girdim, bir də nə görsəm yaxşıdır, uşaqlar stolların üstündən tullanır, ətrafı səs-küy, uğultu bürüyüb. Uşaqları sakitləşdirmək üçün bir dəfə qışqırdım, iki dəfə qışqırdım, ancaq eşidən olmadı. Heç kim məni saymırdı. Məcbur olub uşağın birini tutdum və havaya qaldırdım. Dərhal səs kəsildi, cınqırtı belə çıxmadı. Hər kəs öz yerində oturdu, həmin uşağı da yerinə qoydum. Məktəbin direktoro təşəkkür etsə də, anladım ki, müəllimlik mənlik deyil. Müəllimlik bir başqa şeydir, müəllim olmaq üçün səbr lazımdır. Müəllimlik  çox ülvi bir peşədir”.  Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler