Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Heyat yoldaşım evdedir, teqaüde çıxıb” – General Hilal Əsedovun xanımı…

12 Kasım 2016

5:16 am


12/11/2016 [09:13]: xeber –
Milli təhlükəsizlik nazirinin keçmiş müavini Hilal Əsədov barəsində mediada bir-birindən fərqli, ziddiyyətli xəbərlər yayılır. MTN-in ləğvindən sonra H.Əsədovun durumu da sual doğuran məsələlərdən idi. Son olaraq onun həyat yoldaşı, 14 saylı uşaq poliklinikasının baş həkimi Nüşabə Əsədova “Yeni Müsavat”ın müxbirinə “həyat yoldaşım işində, vəzifəsinin başında, kabinetindədir”, deyərək, sual işarələrini daha da artırmışdı.Yoxlama gəlib, baş həkim işçilərini danlayır…. Noyabrın 11-də “Yeni Müsavat”ın reportyor qrupu yenidən 14 saylı poliklinikada olub. Bu dəfə məqsədimiz N.Əsədova ilə daha detallı və uzun söhbət edərək, həyat yoldaşının durumu barədə məlumat almaq idi. Amma biz poliklinikaya daxil olan dəqiqədən içəridə qəribə bir təlaş vardı. Həkimlərin bir otaqdan o biri otağa qaçması, qapıların ağzında təlaşlı şəkildə toplaşıb, danışmaları hansısa bir prosesin baş verdiyini göstərirdi. Az sonra baş həkimin qəbul otağına yaxınlaşıb, onunla görüşmək istədiyimizi bildirdik. Həkimlərdən biri dedi ki, hazırda Səhiyyə Nazirliyindən böyük yoxlama qrupu gəlib və poliklinikanı yoxlayırlar: “Səhər saat 9-dan başlanıb və hələ də davam edir”, deyən həkimlərin əlavəsi isə maraqlı idi: “Bu poliklinika hələ beləsini (yoxlamanı nəzərdə tuturdular-S.T.) görməyib. Nədirsə, başqa bir yoxlamadır”. Bizsə N.Əsədovanın yoxlamadan çıxmasını gözləyib, ondan suallarımıza cavab almaqda israrlı idik. Budur, baş həkim qəzəbli şəkildə otağından çıxıb, bir-bir poliklinikanın digər otaqlarına keçir. İşçilərini danlayır, çoxlarının öz işinə məsuliyyətsiz yanaşdığını, “kartoçka”, “qeydiyyat” məsələlərində əyər-əskikləri olduğunu deyir. Bir müddət koridorda baş həkimin səsi otaqları cingildədir.  “Hamınızı yoxlayacaqlar, hamınızı” deyən N.Əsədova daha sonra işçilərinin səliqə-sahmana diqqət etmələrinin vacibliyini də deyir. Nahar fasiləsində isə baş həkimin otağı nisbətən sakitlik olur. Fürsətdən istifadə edib, ona yaxınlaşır və jurnalist olduğumuzu bildiririk. N.Əsədova jurnalistlərin “əlindən bezdiyini” deyərək, heç bir açıqlama verməyəcəyinin anonsunu da diqqətə çatdırır. Bildirir ki, o, sıradan bir baş həkimdir və onun açıqlaması cəmiyyət üçün maraqlı olmalı deyil: “Gedin, başqalarının arvadlarını danışdırın. Qoyun məni cəmiyyət tanımasın, istəmirəm, qurban olaram sizə”. Olduqca mehriban və səmimi şəkildə jurnalistləri yola salmaq istəyən (hər halda, düşdüyü durumu və gərgin yoxlamanı nəzərə alanda aqressiv də ola bilərdi – S.T.) baş həkim bildirdi ki, əslində onun da işdən çıxmasına az qalıb. Çünki təqaüd yaşına çatıb. Amma o, hazırda baş verən yoxlamanın sıradan bir proses olduğunu dedi: “Bu, təkcə bizim poliklinikaya özəl deyil ki. Səhiyyə Nazirliyi bizdən əvvəl də bəzi poliklinikalarda yoxlama aparıb, bizim poliklinikadan sonra da aparacaq”. N. Əsədovaya həyat yoldaşı ilə bağlı sual verəndə isə bu günə qədər dediyi “yoldaşım işdədir, kabinetindədir” sözlərini təkzib etdi. Dedi ki, ümumiyyətlə, o, heç bir media orqanına müsahibə vermədiyi üçün adından yazılanlar həqiqətə uyğun deyil: “Mənim həyat yoldaşım Milli Təhlükəsizlik Nazirliyində çalışırdı. İndi də o nazirlik ləğv olunub. Yoldaşım təqaüdə çıxıb. Evdə oturub. İş yeri yoxdur axı işə getsin. Mən heç bir media orqanına deməmişəm ki, həyat yoldaşım hazırda işdədir”. Baş həkim bundan sonra heç nə danışmayacağını bildirdi və bizdən söhbəti yekunlaşdırmağımızı istədi. Biz poliklinikanı tərk edən zaman isə otaqlardan birində qızğın yoxlama hələ də davam edirdi. Bunun sıradan bir yoxlama və yaxud H.Əsədovun həyat yoldaşının işdən azad edilməsi üçün aparılan xüsusi əməliyyat olduğunu isə yaxın günlərdə biləcəyik. “Yeni Müsavat” sözügedən yoxlamanın səbəb və məqsədini öyrənmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladı. Mətbuat xidmətindən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirildi ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən hər hansı poliklinikada yoxlama aparılmır. Konkret 14 saylı uşaq poliklinikasında aparılan yoxlamanın şahidi olduğumuzu bildirəndə isə mətbuat xidmətinin əməkdaşı dedi ki, belə bir hadisədən xəbəri yoxdur. O, bunun yanlış anlaşılma ola biləcəyi ehtimalını irəli sürdü. “Yeni Müsavat” isə güman edir ki, Səhiyyə Nazirliyi tərəfindən belə təsdiqlənməyən bu yoxlamanın məqsədi N.Əsədovanın işdən çıxarılması əməliyyatı ilə bağlıdır. Adətən bu cür qərarlardan öncə kütləvi yoxlamalar aparılır, ardınca isə “işdə yol verdiyi nöqsanlara görə” əsası ilə rəhbərliyi dəyişdirirlər. Məlum hadisələrdən sonra xanım Əsədovanın 1 ildən artıqdır ki, bu vəzifədə qalmasının özü də təəccüb doğuran məqam idi. Mövzunu davam etdirəcəyik.(musavat.com) 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler