Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Hetta İlham Əliyevin en alovlu müdafieçileri bele…”

25 Haziran 2016

9:08 am


25/06/2016 [13:05]: xeber –
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Milli Məclisdə spiker Oqtay Əsədov və deputat Zahid Oruc arasında baş vermiş son insidenti YAP hakimiyyətinin düşüncə tərzi aspektindən dəyərləndirib. Həmin yazını təqdim edirik:“Dünən Məclis iclasında baş verən insedent YAP parlemantarizm təcrübəsi üçün xarakterik hadisə deyil. YAP cəmiyyətə hər işin rəvan olduğunu təlqin etməklə məşğuldur. Millət vəkili Zahid Orucla parlament spikeri arasında baş verən çarpaz mükalimə vəziyyətin belə olmadığının göstəricisidir.Zahid Oruc parlamentdə az saylı peşəkar siyasətçilərdəndir. Eyni zamanda siyasi erudisiyası ilə də YAP siyasətini son illərdə inandırıcı şəkildə müdafiə iqtidarında olan seyrək rast gəlinən parlament üzvüdür. Hörmətli Orucun səmimi olaraq prezident Əliyevin siyasətinə inandığı qənaətindəyəm. Onu müdafiə fikrindən uzaq olmaqla yanaşı, siyasi yol və prioritet seçimində haqqını tanımamaqda imkansızam.Bu parlamentin saxta seçildiyini prosesdə bu və yaxud digər formada iştirak etmiş bütün ölkə vətəndaşları bilir. Kimin nə deməsindən asılı olmayaraq, təyinatlı parlamentdə belə sözçünün olması, münasibət və davranış tərzinin büruzə verən səviyyədə görüntüsü də parlamentarizmdən uzaqdır.Əsədov dünən ölkənin gözü qarşısında , formal da olsa seçicini təmsil edən millət vəkilini təhqir edir. Bu adam başa düşmür ki, onun özü də həmin deputatla eyni hüquqlara malikdir. Bu azmış kimi, Məhəmməd Əlinin dünya boksu üçün kim olduğunu bilməyən parlamentin əsas boksçusu Əbiyev, Əsədova dəstək verərək, Orucu “intizama” dəvət etməyə təşəbbüs göstərir.YAP rəhbərliyi qəbul etməlidir ki, heç olmasa deputatların sərbəst fikir ifadə etmək hüquqları var. Eyni zamanda, parlament nə qədər aşağı statuslu olsa da, hər halda kolxoz və ya su idarəsi deyil ki, rəhbəri hamını aşağılasın. Bir də, intizam komissiyası Əsədovun təhqirini müzakirə etməkdənsə, öz hüquqlarını müdafiə edən deputatın məsələsinə niyə baxmalıdır ki?Dünənki olay bir həqiqəti də aşkar etdi. Hətta İlham Əliyevin ən alovlu müdafiəçiləri belə Dövlətdə tətbiq edilən üsulu “yeməkdən” imtina edirlər. Zahid Orucun parlament Sədri ilə xeyli vaxtdır davam edən qarşıdurması, xalçaaltı saray çəkişməsi motivinə malik deyilsə, hakimiyyətdə olan düşünə bilənlərin üsul-idarəyə qarşı üsyanı kimi qavranıla bilər”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler