Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Heşterxanda Heyder Əliyev adına mektebde buraxılış gecesi

28 Haziran 2016

7:28 am


28/06/2016 [11:26]: xeber –
25 iyun tarixində Heydər Əliyev adına tam orta ümumtəhsil məktəbində təhsil proqramını mənimsəmiş və Vahid Dövlət İmtahanları formasında yekun dövlət attestasiyasından keçmiş 20 nəfər 11-ci sinif şagirdlərinə attestatların təntənəli təqdim edilməsi mərasimi keçirilib.Mərasimdə Ümumrusiya Azərbaycanlıları Konqresinin Həştərxan vilayəti bölməsinin sədri Ədalət Hüseynov, müəllimlər, şagirdlər və onların valideynləri iştirak ediblər.Ulu öndər Heydər Əliyevin adına məktəbin Həştərxan azərbaycanlılarının qürur mənbəyi olduğunu deyən Ə.Hüseynov bu təhsil ocağını bitirən məzunlara gələcək fəaliyyətlərində uğurlar diləyərək, onlara bütün çətinlikləri asanlıqla dəf edərək müəyyən etdikləri yüksək amallara doğru inamla irəliləmələrini və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan məktəbin məzunu adını da şərəflə daşımağı arzulamışdır.Valideynlər öz növbəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya övladlarının təhsili üçün yaradılmış şəraitə görə, təhsildə fərqlənən şagirdlərə mütəmadi mükafatlara və yayda Bakıda istirahətin təşkilinə görə öz minnətdarlıqlarını bildirmişlər.Məktəbin məzunları həmçinin iki dəfə məktəbi ziyarət edən, daim təhsil prosesi və uşaqların tərbiyəsi ilə maraqlanan, fənn otaqlarının lazımi avadanlıqlarla təchiz olunmasını təmin edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya öz dərin hörmətlərini ifadə etmişlər.Şübhəsiz bütün bunlar, şagirdləri təhsilə vicdanlı yanaşmağa və yüksək nəticələr əldə etməyə, təhsil müəssisənin nüfuzunu qaldırmağa stimullaşdırır.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler