Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Heşterxan şeherine ilan sürüleri doldu…

03 Eylül 2016

11:28 am


03/09/2016 [15:27]: xeber –
“Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub, orada (cənnətdə) həmişəlik qalacaqlar!” “Quran”, “İmran ailəsi” surəsi, 107-ci ayə. Allahın cənnətlə müjdələdiyi üzü ağ bəndələrindən biri də Şeyx Mahmud əfəndidir. O, 1809-cu ildə Qax rayonunun Almalı kəndində doğulub, atası Hacı Məhəmməddir. Şeyx Mahmud əfəndi haqqında apardığımız arxiv araşdırmaları zamanı məlum oldu ki, o, savadlı olduğundan gəncliyində İlisu sultanı Daniyal Sultanın dəftərxanasında mirzə işləmiş, həmçinin qohumu Hacı Ağa Bəyin yazı işlərinə kömək etmişdir. Sultandan və bəydən yüksək əmək haqqı almasına baxmayaraq, onu ən çox mənəvi elmlər maraqlandırırdı. Odur ki, Mahmud əfəndi mənəvi dünyasını zənginləşdirmək və təsəvvüfü biliklərə yiyələnmək üçün işini tərk edərək, Qax rayonunun Lələli kəndinə getmiş, orada Sufi (Nəqşibəndiyyə) şeyxi Hacı Yunis əfəndiyə mürid olmuşdu. Mürşidi ona bir müddət batini elmləri öyrətdikdən, təsəvvüf mərtəbələrində kamal dərəcəsinə çatdıqdan sonra Almalı və ətraf kəndlərdə İslam dinini təbliğ etmək üçün xilafətnamə vermişdir. Həmin vaxtdan Şeyx Mahmud əfəndi irşad fəaliyyətinə başlamışdır. Ətrafına çoxlu sayda müridlər toplanması və bölgədə böyük nüfuz qazanması çar hökumətini narahat edirdi. Həmin dövrdə Şeyx Şamil öz müridləri ilə Rus hökumətinə qarşı “Qazavat” etdiyindən, hökumət məmurları Almalı Mahmud əfəndinin də “Qazavata” dəstək olacağından ehtiyat edirdilər. Odur ki, Şeyxi həbs edərək Rusiyaya sürgün etdilər. Məmurlar onu aparmaq üçün faytona mindirərkən, nə qədər cəhd etsələr də atlar yerindən tərpənməmişlər. Nəhayət, övliya icazə verdikdən sonra  atlar hərəkətə başlamışlar. Yolda gecənin qaranlığında faytonun təkəri açılmış, məmurlar qaranlıq olduğundan təkəri yerinə bağlaya bilməmişlər. Nəhayət, Şeyx Mahmud əfəndi yenə öz kəraməti ilə onları dardan qurtarmışdı. Belə ki, övliya sağ əlini təkərin üstünə tutduqda, əlindən çıxan işıq (nur) təkəri işıqlandırmış, məmurlar onu yerinə bağlayaraq yollarına davam etmişlər. Şeyxin sürgün dövrü Tatarıstanda keçib. Sürgündə olduğu illərdə Mahmud əfəndi Kazan universitetində müəllim kimi fəliyyət göstərib. Nəhayət 1862-ci ildə sürgündən qayıdıb. Yerli məmurlar övliyanın xalq arasındakı nüfuzundan və müridlərinin çoxluğundan həmişə ehtiyat edirdilər. Xalqın rus hökumətinə qarşı narazılığını bildiklərindən, qorxurdular ki, Şeyx Mahmud əfəndi xalqı üsyana qaldırar. Odur ki, Şeyxə qarşı müxtəlif üsullarla təzyiqlər göstərib, onu köçməyə məcbur etmək istəyirdilər. Belə bir məqamda 1864-cü ildə Həştərxan şəhərinə ilan sürüləri doldu və xalqın rahatlığını pozmağa başladı. Həştərxan valisi vəziyyətdən çıxmaq üçün Almalı Şeyx Mahmud əfəndini şəhərə dəvət etdi və ondan kömək etməsini xahiş etdi. Övliya Həştərxana gələndən üç gün sonra şəhərə doluşan ilan sürülərindən əsər-əlamət qalmadı. Xalq əmin amanlığa qovuşdu. Həştərxan valisi övliyanın bu şəhərdə yaşaması və irşad etməsi  müqabilində ona hər cür şərait yaradacağına söz verdi. Şeyx onun təklifini qəbul edərək, ömrünün sonuna qədər bu şəhərdə yaşadı və ətrafına çoxlu müridlər toplayaraq, İslam dininin gözəlliklərini xalqa təbliğ etdi.Nəhayət, 1876-cı ildə övliya Şeyx Mahmud əfəndi Allahın rəhmətinə qovuşdu. Qəbri Həştərxan şəhərinin Maşeyx (Şeyxlər) kəndindəki qəbristanlıqda, Şeyx Buxarinin qəbrinin yanındadır.Şeyxin Qax rayonunun Almalı kəndində yaşadığı və irşad etdiyi  evi indi möminlərin ən sevimli ziyarətgahıdır.  Övliyanın həmin kənddə tikdirdiyi məscidi sovet hökuməti gümbəzini və minarəsini götürərək mədəniyyət evinə çevirmişdi. Bu gün də həmin bina mədəniyyyət evi kimi fəaliyyət göstərir.Mahmud əfəndi kənddən köçərkən yurdunda Abdulla və Arif adında iki oğlu qalıb. Arif on beş yaşında dünyasını dəyişib, Abdulla isə evlənərək, Əfəndi adlı bir oğlu, adını bilmədiyimiz iki qızı olub.Şeyx Mahmud əfəndi Həştərxanda da ailə qurmuş, Abdullah və Əbdurrəhman adlı iki oğlu olmuşdur. Onun Həştərxanda inşa etdirdiyi “Г” şəkilli, ikimərtəbəli, çoxmənzilli evi sovet hökuməti dövründə alınaraq əhaliyə yaşayış evi ikimi bölüşdürülmüşdür. Evin yalnız bir otağını Şeyxin nəvəsi Rəqibəyə vermişlər ki, o da 1970-ci illərdə orada Şəfiqə adlı bir qızı və adını bilmədiyimiz bir oğlu ilə yaşamışdır. Rəqibə xanım 1970-ci illərdə ona qonaq getmiş Mahmud əfəndinin qohumu almalı Nəbi Abdullayevə danışırmış ki, Şeyx bu evdə yaşayan vaxtı öz otağının qapısını heç vaxt kilidləməzmiş. Sadəcə qapını örtüb gedərmiş. Buna baxmayaraq, özündən başqa heç kəs qapını aça bilməzmiş. Mahmud Əfəndi gələndə isə qapı Qüdrəti-İlahidən  əl vurmamış açılarmış. Nəqşibəndi təriqətinin şeyxi olan və övliyalıq məqamına yüksələn Mahmud əfəndinin Azərbaycanda, Dağıstanda, Tatarıstanda və Həştərxanda minlərlə müridi olmuşdur ki, onlardan aşağıdakıların adları məlumdur:1. Şeyx Əhməd əfəndi Talalı (Zaqatala rayonundan olan bu övliya haqqında ötən yazımızda bəhs etmişik).2. Hacı Məhəmməd əfəndi ər-Ruçi (1885-ci ildə Qax rayonunun Şotavar kəndində vəfat etmiş, məscidin həyətində dəfn edilmişdir).3. Əbdülvəhhab əfəndi əl-Həştərxani.4. Hacı Həmzət əfəndi əs-Saxuri (1890-cı ildə İlisu kəndində vəfat etmişdir, “Beşbulaq”ın yaxınlığında türbəsi var).5. Məhəmməd Zakir əfəndi əl-Gistavi (Tatarıstanda təsəvvüfi fəaliyyət göstərmişdir.)6. Hacı Əfəndi əl-Qaxi 7. Hacı Həzrət əfəndi əs-Saxuri (1866-cı ildə Dağıstanın Saxur kəndində vəfat etmiş, orada da dəfn olunmuşdur.)8. Hacı Cəbrayıl əfəndi əs-Saxuri (1889-cu ildə Qax rayonunun Ləkit kəndində vəfat etmiş, orada da dəfn olunmuşdur, hazırda qəbri ziyarətgahdır).9. Hacı İsmayıl əfəndi (1884-cü ildə Zaqatala rayonunun Suvagil kəndində vəfat etmiş, orada dəfn olunmuşdur).10. Hacı Baba əfəndi (1886-cı ildə Qaxda vəfat edib, orada dəfn olunub).12. Hacı Nurullah əfəndi (1896-cı ildə vəfat edib, Şəkinin Laysk kəndində dəfn olunub).  Paşa Yaqub – tədqiqatçı-yazıçıQax – Bakı Yazarın arxivi:http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler