Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Heroin keçirmek isteyen şexs serhedde bele saxlanıldı – VİDEO

15 Ağustos 2016

9:20 am


15/08/2016 [13:18]: xeber –
Saxlanılan şəxs Tacikistan vətəndaşıdır.Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin respublikamıza keçirilməsinin qarşısını alıblar. CTV (Region TV) xəbər verir ki, daxil olan əməliyyat məlumatına əsasən gömrükçülər tərəfindən İran İslam Respublikasından gələn Tacikistan Respublikasının vətəndaşı, 1985-ci il təvəllüdlü Mohemmedemin Sabiroviç İsmoilovun idarə etdiyi “DAF” markalı, GP 6925 dövlət nömrə nişanlı ağırtonajlı yük maşını saxlanılıb. Müayinə aparatı vasitəsilə maşına baxış keçirilib və bu zaman əvvəlcədən hazırlanmış xüsusi gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib.Bundan sonra gömrükçülərlə sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomaşında yoxlama aparıb və nəqliyyat vasitəsindən xeyli miqdarda narkotik vasitə olan  heroin aşkar olunub. Nəqliyyat vasitəsini idarə edən sürücü ilkin ifadəsi zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana getmək istədiyini bildirib. Faktla bağlı Dövlət Gömrük Komitəsində araşdırma davam etdirilir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler